Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Neftin qiyməti 157 dollara qədər yüksələ bilər - Dünya Bankı

Tarix 30.10.23, 22:34

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın Şərqdə münaqişə daha da gərginləşərsə, əmtəə bazarlarında neftin qiyməti bir barel üçün 150 dollardan yuxarı qalxa bilər.

“Report” xəbər verir ki, bu qənaətə Dünya Bankının analitikləri gəlib və onların hesabatı maliyyə təşkilatının saytında dərc olunub.

Tədqiqatçılar bazarlarda vəziyyətin inkişaf edə biləcəyi üç ssenarini təsvir ediblər. Məsələn, Yaxın Şərqdə neft tədarük zəncirlərini əhəmiyyətli dərəcədə pozan böyük böhran baş verərsə, qlobal neft tədarükü gündə 6-8 milyon barel azala bilər.

Nəticədə neftin qiyməti ilkin olaraq 56-75% artaraq 140-157 dollar/barel ola bilər.

2003-cü il İraq müharibəsinə bənzər daha az ağır böhran neft tədarükünü gündə 3-5 milyon barel azaldacaq və qiymətlərin bir barel üçün 109-121 dollara yüksəlməsinə səbəb olacaq.

Və əgər böhranın miqyası 2011-ci ildə Liviyada vətəndaş müharibəsinin nəticələri ilə müqayisə oluna bilərsə, tədarükün azalması o qədər də böyük olmayacaq - tədarüklər gündə 500 min - 2 milyon barel azalacaq. Qiymətlər bir barel üçün 93-102 dollara yüksələcək.



Xəbərin oxunma sayı : 2035




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap