Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Neftin qiyməti niyə artır? - Vahid Əhmədov açıqladı

Tarix 14.01.18, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar dünya bazarında neftin qiymətinin bahalaşması ABŞ-da neft ehtiyatlarının azalması ilə əlaqədardır

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, bütün bunları nəzərə alan ABŞ Prezidenti Donald Tramp da məhz buna görə neft üçün mənfəət vergisini kəskin azaldaraq 35 faizdən 21 faizə saldı: “Son zamanlar dünya bazarında neftin qiymətinin bahalaşması ABŞ-da neft ehtiyatlarının azalması ilə əlaqədardır. Məhz buna görə də Amerika hələlik bazara neft çıxarmır. Əgər ABŞ müəyyən müddətdən sonra şist neftini bazara çıxararsa, onda bu, neftin qiymətinə təsirsiz ötüşməyəcək”.

Millət vəkili neftin bahalaşmasının digər bir səbəbinin isə ümumi razılaşmalarla bağlı olduğunu bildirib: “OPEK və qeyri-OPEK ölkələri iyul ayına qədər neft hasilatını artırmayacaqlar. Bu da neftin qiymətinin müəyyən qədər artmasına səbəb olur. Əgər proses davamlı olarsa, marta qədər neftin qiymətində ciddi dəyişiklik baş verməyəcək. Ancaq bu vaxta qədər 1-2 dollar artım istisna edilmir”.

Qeyd edək ki, hazırda VTİ neftinin qiyməti 1 barrelinin dəyəri 64,30 dollar, “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 69,87 dollardır.



Xəbərin oxunma sayı : 238




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap