Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Nəsimi rayonunda tarixi binanın ərazisi “Konsul“ MTK tərəfindən zəbt olunub - VİDEO

Tarix 18.11.25, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Yerli əhəmiyyətli memarlıq abidəsinin xüsusi mühafizə zonası "Konsul" MTK tərəfindən zəbt olunub - darvaza qoyulub, konteynerlər yerləşdirlib, ərəziyə su çəni gətirilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 56 ünvanından gedir.

Sakinlər iddia edirlər ki, mühafizə zonasının zəbt olunması ilə bağlı  aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların səsinə səs verən olmayıb.

Sakinlərin iddialarına aydınlıq gətimək məqsədilə "Konsul" MTK ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı, zənglərimzə cavab verilmədi.

Nəsimi RİH-dən sorğumuza cavab olaraq bildirlib ki, sözügedən bina “Konsul” MTK-nın balansında olan yüksəkmərtəbəli binadır: “Bina tikilən vaxtdan həmin darvaza və texniki  tikililər orda mövcuddur. Həmin qapı MTK tərəfindən bağlı saxlandığından təmizliyin aparılması mümkün olmur. Buna baxmayaraq həmin bağlı sahənin təmizlənməsi ilə bağlı İH tərəfindən  MTK rəbərliyinə xəbərdarlıq olunub. Sözügedən sahənin boşaldılması mübahisəli olduğundan sakinlərə məhkəməyə müraciət edilməsi izah edilib”.

Mədəni İrsin Qounması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirldi ki, yerli əhəmiyyətli memarıq abidəsi kimi dövlət qeydiyyatına alınmış binanın mühafizə zonasının zəbt olunması və ərazisinə konteynerlərin yerləşdirılməsi barədə vətəndaşların müraciətdindən sonra əraziyə baxış keçirlib. Abidə ilə hündürmərtəbəli bina arasında quraşdırlmış giriş qapısının, su çənin götürülməsi, eləcə də həmin hissədə inşa edilmiş əlavə tikilinin sökülməsi ilə bağlı Xidmət tərəfindən müvafiq tədbirlər görülməkdədir.





Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap