“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Nəsimi icra başçısı səkini restorana satıb - VİDEO

Tarix 09.03.21, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində “kosmik” bir icad ixtira olunub. 

Reportyor.info xəbər verir ki, sözügedən küçədə, Milli Konservatoriyanın arxasında piyada yolunu sataraq restoran açıblar.
Vətəndaşların hər gün istifadə etdiyi səki indi bağlanıb, tupik yaradılıb. Eybi yox, piyadalar avtomobil yolu ilə hərəkət edərlər, əsas budur ki, səkini satıb yerində obyekt işlətsinlər.

Hazırda səkinin üstündə “CİO CİO SAN” adlı restoran fəaliyyət göstərir və bu qanunsuzluq obyekt sahibinin vecinə də deyil.
Görünür, restoran sahibi Nəsimi Rayon İcra Hakimiyyəti və onun başçısı Asif Əsgərovla “dil tapıb”. Əks halda kimin hünəri və ixtiyarı çatar ki, şəhərin mərkəzində, yolun tən ortasında, səkini zəbt edəsən və restoran açasan. Deməli, A.Əsgərovla restoran rəhbəri arasında babat sövdələşmə olub. Ona görə onları nə piyada yolu, nə səki maraqlandırır.
İcra başçısının bu özbaşınalığa rəvac verməsinə isə Bakı şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun susqun qalması maraq doğurur.
Belə çıxır ki, ya restoran rəhbəri və Nəsimi rayon icra başçısı A.Əsgərov Bakı merini də “razı” salıblar, ya da baş verənlərdən bixəbərdir. Həmin ərazidən kadrları sizə təqdim edirik ki, özbaşınalığın miqyasını daha aydın görəsiniz.

 






Xəbərin oxunma sayı : 1636




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap