| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Hadrut əməliyyatı necə keçirilib? – Prezident detalları açıqladı
Tarix 16.03.21, 14:40 |
|
“Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü”.
AzFakt.com xəbər verir ki, bunu prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırarkən etdiyi çıxışında deyib.
Prezident bildirb ki, Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi.
“Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.
Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir – oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.
Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir.
Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.
Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılmışdır. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır.
Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, – ermənilər orada qanunsuz yaşayıblar, – o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!”.
Xəbərin oxunma sayı : 1453
Gündəm
Xəbərlər
-
Stomatologiyada “kreditlə gülümsəmə“ - Diş müalicələri niyə bahalaşır?
-
İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
-
Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış
-
Emin Əmrullayev məzunlarla “Yallı” oynadı - VİDEO/FOTO
-
Braziliya və Türkiyə milliləri meydana çıxır - Oyun saatları
-
40 min namizəd MİQ imtahanına qoşulur - İmtahan tarixləri açıqlandı
-
Hindistanın Rusiyadan neft almasını ABŞ istəyib - XİN rəhbəri
-
Avtomobilləri ildırım vuran hallarda sürücülər nəyə diqqət etməlidirlər? - VİDEO
-
Bakıda çoxmərtəbəli parkinqlərin sayı niyə azdır? - VİDEO
-
877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı - 88 dolara satılır
-
“İsrail İran və ABŞ arasında sazişin imzalanmasını pozmağa çalışır” - Əraqçi
-
Bakıda tikinti şirkəti ilə sakinlər arasında narazılıq - VİDEO
-
Azərbaycanın bütün məktəblərində “Son zəng“ çalınır
-
“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
-
Mourinyo istədi, Perez kisənin ağzını açdı - 70 milyona onu ala bilərlər
-
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq - QƏRAR
-
ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı - Şahbaz Şərif
-
Bakı-Tbilisi aviabiletlərinin bahalaşmasına səbəb nədir? - VİDEO
-
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
-
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub - 7 qadın və 16 uşaq
-
Naxçıvan reysləri geri qayıtdı - AZAL səbəbini AÇIQLADI
-
Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı
-
Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır - TƏDQİQAT
-
“Atlant” sahibinin yenidən həbsi tələb olundu - Cinayət dosyesi
-
İndiyədək dünya çempionu olmuş ölkələr - SİYAHI
-
Bu rayonlarda ehsan ləğv olunub - SİYAHI
-
“ABŞ ilə razılaşma heç vaxt olmadığı qədər yaxındır” - Əraqçi
-
Torpaq sahəsi aldı, həyatının şokunu yaşadı: “Evi tikdim, gəlib dedi ki, bura mənimdir“ + VİDEO
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
-
“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
-
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu
-
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
-
“Şiş” xəstəliyi ən çox hansı rayonlarda yayılıb? - Siyahı
-
Həftəsonu maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Beyləqanda Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
-
Xəstəxanalarda yoxlamalar: 31 nəfər məsuliyyətə cəlb edilib
-
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı açıqlandı - Rayonlar üzrə siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Kamran Əliyev Nərimanov rayonunda qəbul keçirdi - Fotolar
-
ABŞ dünyanın ən böyük neft ixracatçısına çevrildi - “Reuters”
-
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır - Rəsmi
-
Rusiyalı oliqarx Paşinyana şərt qoydu: “Hər şeyi edəcəyik“
-
Azərbaycanda zəlzələ oldu: Bu rayonlarda hiss olundu
-
Saxta şirkətlər yaradanlar qandallandı -10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
-
Xaricdən 12 qəpiyə gətirilən saqqızlar marketlərdə dəfələrlə baha satılır - Siyahı
-
Azərbaycanda yeni cərimələr müəyyənləşir - Parlament təsdiqlədi
-
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
“Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır“ - Məcnun Məmmədov
-
Azərbaycanın Portuqaliyada səfirlik açacaq - Milli Məclis təsdiqlədi
-
“Əhalinin rifahı yüksələcək“ - Sahil Babayev
-
Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
-
Aygün Kazımova sirkdə “məclis“ qurub, rep oxudu - Video
-
Dünya okeanında suyun səviyyəsi qalxır - Xəbərdarlıq
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Azərbaycanın dövlət borcu nə qədərdir? - Nazir açıqladı
-
İran Trampı təkzib etdi: “Heç bir mətn təsdiqlənməyib“
-
Mourinyo “Real Madrid”lə müqavilə imzaladı - RƏSMİ
-
Bu xəstəxanadan 240-dan çox saxta göndəriş verilib? - Araşdırma
-
İlham Əliyev Putini təbrik etdi: “Əminəm ki, birgə səylərimiz...“
-
Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO
-
Şəmkirdə kafedə dava: 28 yaşlı şəxsi ürəyindən vurdular
-
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olundu - FOTO
-
Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək - DİM
-
Azərbaycana elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb - Statistika
-
Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu - VİDEO
-
Meksika və Cənubi Koreya dünya çempionatına qələbə ilə başladılar - VİDEO
-
Trampdan sensasion açıqlama: “ABŞ və İran müharibəni dayandırdı“
-
Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO
-
“Dost dediyin “cibindədir” - Aysun İsmayılova
-
Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi
-
PUA ilə vurulan gəmidə sağ qalan Lənkəran sakini açıqlama verdi - VİDEO
-
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
“Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam“ - Tramp
-
Səhiyyədə nə baş verir? - “Medicare” yenidən gündəmdə
-
Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq? - VİDEO
-
İntensiv yağışlar Azərbaycanın qərb bölgəsində fəsadlara səbəb olub - VİDEO
-
Avtoxuliqanlıq etmişdi - Həbs olundu+Video
-
“İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq“ - “Fars“
-
“AzParking“in əsassız cərimə yazdığı iddia edilir - VİDEO
-
Maşından 120 min dollar oğurlayanlar saxlanıldı - VİDEO
-
5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edildi - VİDEO
-
Avropa Putinlə danışacaq lider axtarır - Stubb imtina etdi
-
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
-
Qusarın Laza kəndində sürüşmə oldu - Anbaan görüntüləri
-
Sabahdan Bakıda 2 günlük güclü külək olacaq - XƏBƏRDARLIQ
-
“ABŞ Xarq adasını ələ keçirmək niyyətindədir“ - Donald Tramp
-
Ermənistanda deputat seçilən Həsənov... - Qızı Türkiyə klubunun rəhbərliyindədir
-
İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi
-
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - Tam siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi - SƏRƏNCAM
-
4 mindən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır - Hikmət Hacıyev
-
“Azəriqaz“ rəhbərinin saxta qəbul oyunu: şikayətin məzmunu, mühasiblərin “qırğını“, yaxud...
-
Piyadaya yol vermədi, 50 manat cərimələndi - Bəs qanun nə deyir?
-
Britaniyanın müdafiə naziri istefa verdi - Səbəbi açıqladı
-
“Yüksəliş“in finalçısına yüksək vəzifə verildi - Bayramovun müavini təyin edildi
-
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
Azərbaycan və İran razılaşdı - Araz çayının su ehtiyatları ilə bağlı
-
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı - FƏTVA
-
Sahib Məmmədov “putyovka”ların qiymətlərini artırıb? - AHİK-də əsassız qaydalar
-
Bakıda film kimi hadisə: Evləndirmək vədi ilə dələduzluq
-
Ermənistanın əvəzinə Türkiyə: Rusiya balıq idxalı üçün alternativ variantlar tapdı
-
Adambaşına düşən həkim sayına görə Nəsimi və Lerik arasında 73 dəfə fərq var - Tam siyahı
-
Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - Xəbərdarlıq
-
Məşhur milyarder “Epşteyn işi“ üzrə ifadə verdi: İlginc etiraflar
-
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Bakıda sahibkarlar dələduzluğa məruz qalıblar? - İDDİA
-
ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri - Tanınmış həkim həbs olundu
-
Tramp Tehranı hədələdi: “İran darmadağın ediləcək“
-
Qaraçuxur qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb - VİDEO
-
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR
-
Sevda Sanəliyeva kosmetoloqdan şikayətləndi: “Aldanmayın”
-
Ermənistanda zəlzələ oldu - Naxçıvanda hiss edildi
-
TƏBİB-də daha bir dəyişiklik - İcraçı direktor müavini də yola saldı
-
Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanılıb - Narkotik əməliyyatı
-
Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər - DETALLAR
-
Aldığı robot tozsoranı geri qaytara bilmir - VİDEO
-
Küveyt və Bəhreyndə 18 ABŞ hədəfinə zərbə endirdik - SEPAH
TOP 10
ARXİV






