Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Siyasi partiyalarla görüşdə SSRİ bayrağı qalmaqal yaratdı – “Xalqa xəyanətdir”

Tarix 11.09.21, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


“Bir tərəfdə SSRİ Azərbaycanını bərpa etmək istəyən Azərbaycan Kommunist Partiyasının nümayəndəsi, bir tərəf də isə mən - ölkənin müstəqilliyini müdafiə edən Azərbaycan Demokrat Partiyası sədri. İkimiz bir yerdə həmrəylik nümayiş etdirməliyik. Bu necə mümkündür?! Vaxtilə onlar deyirdilər ki, Qarabağın açarı Moskvadadır, mən isə iddia edirdim ki, İlham Əliyevdədir. Biz indi necə bir yerdə oturub həmrəylik nümayiş etdirə bilərik?!”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiya rəhbərlərinin videoformatda görüşü zamanı Azərbaycan Kommunist Partiyasının rəhbərinin SSRİ bayrağını təbliğ etməsinə öz etirazı barədə danışarkən deyib.

S.Cəlaloğlu bildirib ki, siyasi partiyaların həmrəyliyi vacib olsa da, burada bir sıra məsələlərə diqqət etmək lazımdır:

“Deyirlər ki, SSRİ-ni yaratmaq istəyən partiya ilə ölkənin müstəqilliyini istəyən partiya qanun qarşısında bərabərdir. Mən isə hesab edirəm ki, SSRİ-ni yaratmaq istəyi anti-konstitusion addımdır, çünki Konstitusiyanın birinci bölməsində Azərbaycan müstəqil dövlət olduğu qeyd edilib. Etirazımın səbəbi odur ki, Sovet dövrü Azərbaycanın ən ağır, məşəqqətli dövrünə təsadüf edir. Xocalı faciəsi, 20 Yanvar hadisələri SSRİ qoşunları tərəfindən törədilib. Bu quruluş ölkəni çar Rusiyasından da daha ağır şərtlərlə köləliyə salıb. 1990-cı illlərdə isə köləlikdən azad olun SSRİ-ni tarixin arxivinə yollamışıq. Məhz SSRİ dövründə Azərbaycan torpaqları özümüzdən alınıb ermənilərə, gürcülərə verilib, rusları özlərinə götürüb. Həmin vaxtlarda xalqımıza qarşı elə ağır cinayətlər törədilib ki, indi SSRİ bayrağını asıb quruluşu təbliğ etmək xalqa xəyanətdir”.

ADP sədri qeyd edib ki, Prezident Administrasiyası ilə görüşü müsbət qiymətləndirir:

“Bunu iqtidarın müxalifətə münasibətinin müəyyən mənada yumşalması kimi dəyərləndirirəm”.



Xəbərin oxunma sayı : 1141




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap