“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Gürcüstanda demokratiya məhvə sürüklənir“ - ““Gürcü Arzusu“ xalqı Saakaşvili ilə qorxudur...“

Tarix 14.09.21, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


“Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının qərbli tərəfdaşları ilə çəkişməsi və davamlı siyasi qütbləşmə ölkədəki demokratik proqresi məhvə sürükləyə bilər”. 

AzFakt.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bunu “Karnegi” fondunun Şərqi Avropa və Cənubi Qafqaz üzrə aparıcı əməkdaşı Tomas de Vaal yazıb.

Müəllifin fikrincə, Gürcüstanda çoxdan davam edən siyasi böhran Avropada və Birləşmiş Ştatlarda layiq olduğu diqqəti çəkməyib. Bu nə Ermənistan-Azərbaycan münaqişəsinin insan itkisi, nə də Belarus qarabasmasıdır. Söhbət Gürcüstanda demokratik dövlətə yaxın nəsə qurulmasında əldə olunanların məhvolma təhlükəsindən gedir.

Məqalədə “Gürcü Arzusu”nun Avropa Birliyi (AB) və Birləşmiş Ştatlarla görünməmiş savaş apardığı vurğulanır. İyulda o, AB-nin vasitəçiliyi ilə əldə olunmuş, ötənilki seçkiylə bağlı müxalifətlə çıxmazın həllini hədəfləyən razılaşmanı tərk etdi. Sentyabrda isə AB-nin 75 milyon avroluq makro-maliyyə yardımını almaqdan imtina etdi.

Ölkə liderləri iyulda LGBTQ fəallarının Tbilisi yürüşüylə bağlı qərbli tərəfdaşları ilə ziddiyyət yaşayıb. Anti- LGBTQ ekstremistlər jurnalistlərə qarşı zorakılıq edib, parlament binasındakı AB bayrağı iki gün ərzində iki dəfə cırılıb. Ba nazir İrakli Qaribaşvili isə tədbiri “propaqanda paradı” adlandırıb.

De Vaal bəzi şərhçilərin Gürcüstanda baş verənlərdə Moskvanın əlini gördüyünü yazır. 

“Bu, faktlara uyğun gəlmir. “Gürcü Arzusu” AB və NATO-ya yönəlik bəyan edilmiş oriyentasiyasını dəyişməyib və buna güclü ictimai dəstək var”, – o yazıb.

Müəllif Qaribaşvili və “ağalarının” strategiyasını belə görür: nəzarəti saxlamaq üçün mediaya, ədliyyəyə və seçkilərə yetərincə təsir göstərə bilmək; ictimaiyyətin fikrini digər məsələlərdən yayındırmaq üçün onların başını gürcü dəyərləri və keçmiş prezident Mixail Saakaşvilinin mümkün qayıdışı sarıdan qorxuyla qatmaq; Vaşinqton və Brüssellə yaxşı işçi münasibətlər saxlamaq, eyni zamanda Moskva ilə də körpüləri tam yandırmamaq.

İctimai rəyə gəlincə, Milli Demokratiya İnstitutunun iyulda keçirdiyi sorğunun nəticələri isə maraq doğurur. Respondentlərin 51 faizi Gürcüstanın demokratiya olmadığını, təxminən eyni hissəsi isə ölkənin yanlış istiqamətdə getdiyini, mövcud partiyalardan heç birinin onların ehtiyacına cavab vermədiyini deyib. Yalnız 30 faiz respondent səs verəcəyi siyasi partiyanın adını çəkib.



Xəbərin oxunma sayı : 820




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap