“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakıda evinə gizli kamera yerləşdirən M.Abasov nələri gördü... - Bu görüntülər Fəridə Quliyevanın 7 illik həbsi ilə nəticələndi

Tarix 25.11.21, 10:07

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində qobşusunin evindən külli miqdarda oğurluq etməkdə ittiham olunan Fəridə Quliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və ona 7 il həbs cəzası verilib. 

Virtualaz.org-un xəbərinə görə, onun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. Həmçinin, prosesdə zərərçəkmiş M.Abasovun 55 min 660 manatlıq mülki iddiası da qismən təmin edilib.
F.Quliyevanın qonşusunun evindən ayrı-ayrı vaxtlarda ümumilikdə 79 min 450 manatlıq oğurluq etdiyi məlum olub. O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib.



Oğurluq hadisəsi paytaxtın Nizami rayonu, Balakişiyev küçəsi, bina 46-da baş verib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan M.Abasov 2015-ci ildən etibarən yataq otağındakı dolabda saxladığı pulların azaldığını hiss edib. Kəsir məbləğlər 50-100-200 manat civarında olduğundan pulu ya özünün, ya da ailə üzvlərinin xərclədiyini, hesab aparanda səhvə yol verdiyini düşünüb.
Bir müddət sonra isə itmiş pulların ardınca həyat yoldaşına məxsus brilyant sırğalar da qeybə çəkilib. Oğurluq versiyası öncə ağıllarına gəlməyib. İtən əşyaların sırasına çox keçməyib ki, qaynı üçün alınmış bahalı qızıl dəsti əlavə olunub...



Nəhayət, yaşadığı evə gizli kamera quraşdıran M.Abasov oğrunu özü “tutub”. Kamera görüntüləri zamanı məlum olub  ki, pulları və qızılları aparan 38 illik qapıbir qonşusunun qızıdır. Ev sahibi əvvəlcə baş verənləri sakitcə yoluna qoymağa cəhd edib. Pullar və qızıllar geri qaytarılacağı təqdirdə heç yana şikayət etməyəcəyini də deyib. Amma qarşı tərəfin oğurlananları geri qaytarmaq niyyətində olmadıqlarını görəndə polisə şikayət edib. Hadisəsinin videogörüntülərini, səs yazılarını diskə köçürüb polisə orqanlarına təqdim edib. Bir müddət sonra F.Quliyeva barəsində cinayət işi qaldırılıb. Barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.
Xatırladaq ki, F.Quliyevanın atası T.Qənbərov əvvəllər daxili işlər orqanlarında çalışıb.



Xəbərin oxunma sayı : 1591




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap