“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Real“ın prezidentindən qalmaqallı açıqlamalar: “Mbappe firon olmaq istəyirdi“

Tarix 16.06.22, 21:10

Font ölçüsü : - / +
bitmap-img6


"Real Madrid" klubunun prezidenti Florentino Peres Kilian Mbappe ilə bağlı qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. 

Fanat.Az xəbər verir ki, "kral klubu"nun rəhbəri "Chiringuito" şousunda ulduz hücumçunun son anda onlarla danışıqlardan imtina edib PSJ ilə müqaviləni uzatmasının pərdəarxası məqamlarını açıqlayıb:

"Mbappenin arzusu "Real"da oynamaq idi və o, bunu mənə dəfələrlə söyləmişdi. O, bizə gəlmək istəyirdi. Hər şey birdən dəyişdi. Məncə, bu, onun düşdüyü ağlasığmaz siyasi təzyiqə görə baş verdi. Fransa prezidenti və Paris meri ona ölkəni Fransanı tərk etməməyi tapşırdılar. Mən məsələn, İspaniya kralının "Betis"in hansısa oyunçusu ilə bağlı belə təzyiq göstərməsini təsəvvür belə edə bilmirəm. Siyasi təzyiqlərdən başqa, o, Qətərdən gələn böyük pullar və vəd olunan firon səlahiyyətlərinə görə də PSJ ilə müqaviləsini uzatmağı seçdi. PSJ Mbappeyə inanılmaz şərtlər təklif etdi. O, yeni müqavilə imzalayaraq, praktiki olaraq klubun idman direktoru oldu. 

Əslində, Mbappe ilə "Real" arasında danışıqlar tam bitməmişdi. O, hər dəfə yeni şərtlər irəli sürürdü. Məsələn? "Real"ın sponsorlarının reklam fəaliyyətlərində iştirak etməyəcəyini söylədi. Bu məni şoka saldı. Çünki bu klubun tarixində heç kim buna cəsarət etməyib, onun tələbi ilə razılaşa bilməzdik. 

Futbol kollektiv idman növüdür və heç kim özünü digərlərindən üstün hesab etməməlidir. Bu, "Real Madrid"dir. Bizdən tələb etdiklərini eşidəndə inanmadım və öz-özümə dedim: "Bu, mənim istədiyim Mbappem deyil...

Hər şeyə baxmayaraq, mən onu hələ də sevirəm. Bilirəm ki, onun üçün asan olmadı. Bir gənc olaraq dəhşətli təzyiqlərin altından çıxa bilmədi. Onun uşaqlıq arzusunu əlindən aldılar. Anasına da yazığım gəlir. O, mənə Kilianın kiçik yaşlarından “Real”da oynamaq arzusunda olduğunu söyləmişdi. İndi mənə deyirlər ki, qadın oğlunun "Real"dan imtina etməsinə görə çox utanır. 

Son zamanlar izlədiyimiz və dinlədiyimiz Mbappe əvvəllər tanıdığım biri deyil. İndiki Mbappe qol elə PSJ-də qalsın. Mən onun əvvəl olduğu və xəyallarımdakı keyfiyyətlərini bəyənirəm".

 





Xəbərin oxunma sayı : 742




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap