“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ərin məmur arvadını və ustanı öldürməsinin TƏFƏRRÜATI

Tarix 21.02.23, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


İki gün əvvəl Tərtərdə Asəf Məmmədovun həyat yoldaşı Gülnar Məmmədovanı və həyətdə usta işləyən Namiq Allahverdiyevi qətlə yetirdiyi hadisənin bəzi detalları üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, A.Məmmədov həyat yoldaşını digər şəxsdən bir neçə saat əvvəl qətlə yetirib. Belə ki, 44 yaşlı şəxsin gecə saatlarında yaşadığı evdə arvadı Gülnar Məmmədovanı çoxsaylı bıçaq xəsarəti ilə öldürdüyü və meyitini evdə saxladığı müəyyənləşib.

Bundan sonra A.Məmmədov yaşadığı evin həyətinə bitişik yerləşən, əmisinə məxsus həyətdə usta işləyən N.Allahverdiyevin gəlməsini gözləyib. Atası ilə birgə işlədiyi həyətə gələn 32 yaşlı Namiq Asəfin qəfil hücumuna məruz qalıb. N.Allahverdiyevə atəş açan Asəf daha sonra polisə təslim olub. Bundan sonra onun gecə saatlarında yaşadığı evdə arvadını öldürməsi də məlum olub.

Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Bundan əvvəl isə G.Məmmədova rayonda fəaliyyət göstərən bankda işləyib. Onu qətlə yetirən həyat yoldaşının isə işsiz olduğu qeyd edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.



Xəbərin oxunma sayı : 460




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap