Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə məşğuldurlar? - ARAŞDIRMA + FOTOLAR

Tarix 08.11.23, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Keçən əsrin 90-cı illərinin əvvəllərindən bu yana torpaqlarımızın azadlığı uğrunda müharibədə iştirak edən Azərbaycan Ordusunun 218 nəfər hərbi qulluqçusu “Milli Qəhrəman” adına layiq görülüb. Vətənimizin müdafiəsi uğrunda xüsusi şücaət göstərib, “Milli Qəhrəman” adını qazanan 14 nəfər isə həyatdadır.

Bəs həmin Milli Qəhrəmanlar indi haradadırlar?

Bizim.media bu barədə araşdırma aparıb.

Şahin Tağıyev

Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də anadan olub. 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Tərtər, Seysulan, Yarımca, Levonarx ətrafındakı döyüşlərdə iştirak edib. O, “Qurtuluş” batalyonunun komandiri olub. 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsi ilə ordudan tərxis olunub. Hazırda İsveçdə yaşayır.

Sahil Məmmədov

Sahil Ələmdar oğlu Məmmədov 1964-cü il fevralın 25-də anadan olub. 1992-ci ildən hərbi polis alayında rota komandiri kimi xidmətə başlayıb. Sahil Məmmədovun komandirlik etdiyi bölük Birinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərində fəaliyyət göstərib. Qazançı kəndi ətrafında döyüşlər zamanı Sahil Məmmədovun yanında mərmi partlayıb və o, sağ qolundan və sağ ayağından ağır yaralanıb.

1992-ci ilin oktyabrın 8-də “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Ayağı amputasiya olunan Milli Qəhrəman hazırda ehtiyatda olan zabitdir.

Vahid Quliyev

Vahid Həbibulla oğlu Quliyev 1955-ci ilin sentyabrın 20-də anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Ağdam və Qubadlı istiqamətindəki döyüşlərdə iştirak edib. V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarıb.

Azərbaycan Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunub. Hazırda ehtiyatda olan zabitdir.

Fəxrəddin Cəbrayılov

General-mayor Fəxrəddin Mövsüm oğlu Cəbrayılov 1958-ci ilin avqustun 12-də anadan olub. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirib. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi işləyib. 1992-ci il “N” saylı taborun komandiri vəzifəsinə təyin olunub. Beyləqan, Füzuli, Kəlbəcər istiqamətində gedən döyüşlərdə düşməni ağır itkilərə məruz qoyub. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Fəxrəddin Mövsüm oğlu Cəbrayılov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Milli Qəhrəman 1996-cı ildən etibarən Qaradağ rayonunda Hərbi Komissarlıqda çalışıb. 2013-cü ilin oktyabrında isə Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilib. 2017-ci ildən ehtiyata buraxılıb.

Ehtiram Əliyev

Ehtiram İsrayıl oğlu Əliyev 1972-ci il avqustun 1-də anadan olub. 1992-ci il iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib.

1995-ci ildə Vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib.

1997-98-ci illərdə Bakının Sabunçu Rayon Polis İdarəsində işləyib. Hazırda Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışır.

Zabit Quliyev

Zabit Adil oğlu Quliyev 1975-ci il iyunun 6-da anadan olub. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənib. Düşmənin çoxsaylı zirehli texnikalarını sıradan çıxarıb. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 2019-cu ildə insult keçirən Milli Qəhrəman hazırda ictimai fəaliyyətlə məşğuldur.

Mirzə Quliyev

Mirzə Məcid oğlu Quliyev 1974-cü il yanvarın 11-də anadan olub. 1992-ci il hərbi xidmətə çağırılıb. Polis Akademiyasını bitirdikdən sonra DİN-də işə qəbul edilib. Sədərək cəbhəsində döyüşlərdə Mirzə Quliyev onlarla erməni yaraqlısını məhv edib. Daha sonra Ağdam, Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərə atılıb və idarə etdiyi PDM ilə xeyli erməni tankını zərərsizləşdirib.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi igidliklərə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qəhrəmanımız hazırda polis polkovnik leytenantı kimi Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır.

İntiqam Atakişiyev

İntiqam Vahid oğlu Atakişiyev 1974-cü ilin aprelin 7-də anadan olub. İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək yüksəlib. O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbininin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib.

1995-ci ildən 2004-cü ilədək “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib.

1992-94-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişi etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində şəxsi igidlik və şücaət göstərib. O, Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin ilk rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bəxtiyar Allahverdiyev

Bəxtiyar Əzizulla oğlu Allahverdiyev 1974-cü ilin iyunun 10-da anadan olub. Birinci Qarabağ müharibəsində Füzuli, Murovdağ əməliyyatlarında xeyli erməni quldurunu məhv edib. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

1995-ci il Müdafiə Nazirliyi onu Türkiyəyə göndərib. Burada hərbi kurs keçib. 1997-ci il gizir rütbəsi alıb və “N” saylı hərbi hissəyə taqım komandiri təyin edilib. 2000-ci ildə ordudan tərxis olunub. 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasında təhsil alıb. Hazırda İsmayıllı rayonunda sahə müvəkkili vəzifəsində çalışır.

Fariz Qəhrəmanov

Polkovnik-leytenant Fariz Qəhrəmanov 1974-cü il martın 29-da anadan olub. “N” saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştirak edib. 1995-ci ilin mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edib. 1995-96-cı illərdə Türkiyədə Jandarm və Komanda Məktəbində təhsil alıb.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Fariz Çoban oğlu Qəhrəmanov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda zabitdir.

Fariz Mədətov

Fariz Əlövsət oğlu Mədətov 1972-ci il aprelin 18-də anadan olub. İlk döyüşü Qubadlının Başarat kəndində olub.

Sonra Füzuli, Kəlbəcər, Goranboy rayonlarında döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

1996-cı il ordudan tərxis olunub və Yevlax Rayon Polis İdarəsində çalışıb. 1998-2003-cü illərdə Polis Akademiyasında təhsil alıb. Hazırda Yevlax Rayon Polis İdarəsində işləyir.

Mədət Quliyev

General-polkovnik Mədət Qəzənfər oğlu Quliyev 1958-ci il sentyabrın 27-də anadan olub. Hazırda Azərbaycan müdafiə sənayesi naziri vəzifəsində çalışır.

Ona qədər isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015-19), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini, (oktyabr-dekabr 2015), Azərbaycan Respublikası ədliyyə nazirinin müavini və Penitensiar Xidmətin rəisi (2011-15), Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004-06), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi (2006-11), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002-04), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001-02) vəzifələrində işləyib.

Sambo üzrə idman ustasıdır. 26 noyabr 2021-ci il tarixindən Azərbaycan Velosiped Federasiyasının prezidentidir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə Mədət Quliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Mövsüm Məmmədov

Mövsüm Şahin oğlu Məmmədov 1967-ci ilin iyunun 6-da anadan olub. 1990-cı ildən həyatını daxili işlər orqanlarına bağlayıb. 1992-93-cü illərdə erməni işğalçılarına qarşı vuruşaraq, xeyli qulduru məhv edib. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas edib. 1994-cü ildə Şuşa Rayon Polis İdarəsində bölük komandiri təyin edilib.

Azərbaycan Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Məmmədov Mövsüm “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 1998-ci ildə DİN-in Polis Akademiyasının Hüquq fakültəsini bitirib. Aprel döyüşlərinin və “Dəmir yumruq” əməliyyatının aktiv iştirakçısı olub. Polis polkovnikidir, Bakı Şəhər Baş Polis İdarəsində işləyir.

İbad Hüseynov

İbad Mövsüm oğlu Hüseynov 1970-ci ilin oktyabrın 18-də anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşudur. Sovet ordusunda xidmət edərkən, bu ordunun Bakıda 20 Yanvar qırğını törətdiyini öyrənən İbad Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə Vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyası keçirir. Nəticədə rəhbərlik İbad Hüseynov və aclıq aksiyasında iştirak edən bir neçə nəfər əsgər yoldaşını dörd ay öncədən tərxis edir.

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra Xocavənddə yerli hərbi özünümüdafiə birləşmələri yaradır. Hüseynov “kəşfiyyat-diversiya dəstəsi” yaradır və erməni tərəfə keçərək, onların çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır.

26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. İbad Hüseynov uşaqlıqdan idmanla məşğul olduğu üçün öz sağlamlığını tezliklə bərpa edir. Hospitaldan çıxdıqdan dərhal sonra öz hərbi hissəsinə qayıdır.

2020-ci il dekabr ayının 9-da Azərbaycan Prezidentinin imzaladığı fərmanla “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.




Xəbərin oxunma sayı : 934




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap