“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xızıda maraqlı qəsəbə: Buranın tarixi simvolu yerli sakinləri necə qorxudur? (VİDEO)

Tarix 01.11.24, 10:51

Font ölçüsü : - / +
bitmap-img6


"Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Xızı rayonuna səyahət edilib.

Xızı rayonunun 15 598 nəfər əhalisinin 51,4 faizi şəhərdə, 48,6 faizi isə kəndlərdə yaşayır. Verilişdə Xızı sakinləri onları narahat edən problemlərdən söz açıblar. Belə ki, sakinlərin sözlərinə görə, rayonda iş çox olsa da, maaş azdır:

"İstixanalarımız, zavodlarımız var. 48 binadan ibarət şəhərcik tikilir və orada 700-800 nəfər işləyir. Amma gəl gör ki, maaş azdır, 350 manat nə puldur?!"

Rayonun Altıağac qəsəbəsinin sakinləri yaşadıqları ərazidə aptekin və bankomatın olmamasından da şikayətçidirlər.

"Təqaüd alanlarımız, xəstələrimiz var. İnsanlar qəsəbədə bankomat olmadığına görə təqaüdlərini ala bilmirlər. Pul çıxarmaq üçün rayon mərkəzinə getməliyik, ora qışda getmək çətin olur", - deyə qəsəbə sakini narazılığını dilə gətitib.

Rayonun ən məşhur tarixi simvollarından biri Xızının Altıağac qəsəbəsində quraşdırılan 17-18-ci əsrlərə aid kilsə zəngidir. Sözügedən zəng fövqəladə hallar zamanı əhalini xəbərdar etmək üçün çalınır. Kənd sakini bildirib ki, şəhərdən gələn bəzi qonaqlar həmin zəngi icazəsiz çalaraq insanları narahat edirlər.

Ətraflı Baku TV-nin süjetində:




Xəbərin oxunma sayı : 874




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap