Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Dünyada ilk müharibə nə zaman olub? – Tarixi SİRLƏR

Tarix 12.11.23, 12:43

Font ölçüsü : - / +
bitmap-img6


Müxtəlif xalqların iştirak etdiyi ilk genişmiqyaslı silahlı qarşıdurma Daş dövründə - təxminən beş min il əvvəl baş verib.

Bizim.Media xəbər verir ki, Avropalı antropoloqlar İspaniyanın şimal-qərbindəki kütləvi məzarlığın skelet qalıqlarını araşdırdıqdan sonra bu qənaətə gəliblər. Alimlərin fikrincə, bu, bəşər tarixində ilk real müharibə olub.

Qazıntılar və maraqlı tapıntılar

Qeydə alınmış ən qədim döyüş səhnələrinin Avstraliyanın şimalındakı Arnhem Landində aşkar edilmiş döyüşçülərin qayaüstü rəsmləri olduğuna inanılır. İspaniyadakı mağarada aşkarlanan rəsmilər isə eradan 9-4 min il öncə çəkilib. Onlar artıq kamanla silahlanmış yüz və ya daha çox insanın iştirakı ilə kütləvi qarşıdurma səhnələrini nümayiş etdirirlər.

Lakin son vaxtlara qədər antropoloqlar hesab edirdilər ki, daş dövründə, ilk dövlətlər yaranmazdan əvvəl ictimai təşkilatlanma səviyyəsinin aşağı olması və resursların məhdud olması səbəbindən tammiqyaslı, uzunmüddətli hərbi əməliyyatların aparılması qeyri-mümkündür. Bədii əsərlər isə yalnız epizodik döyüşləri əks etdirir. 

Neolit dövrünə aid kütləvi məzarlıq

1973-cü ildə ispan keşişi və etnoqrafı Xose Migel de Barandyaran ölkənin şimal-qərbindəki Alava əyalətində Latın Qapısı qarşısında Müjdəçi İohannın tərk edilmiş kilsəsini araşdırıb. Onun yanında naməlum bir qəbir tapılıb. 1985-ci ildə kilsənin yaxınlığındakı yolu genişləndirən buldozer təsadüfən başqa bir məzarı da aşkar edib. Ancaq bu, təxminən 20 kvadratmetr sahəsi olan, insan skeletləri ilə doldurulmuş kütləvi məzarlıq idi.

Bir neçə illik qazıntılar zamanı arxeoloqlar məzarlıqdan 338 nəfərin qalıqlarını çıxarıblar. Onlardan əksəriyyətinin sümüklərində fiziki zədələr aşkarlanıb. Bundan əlavə, kütləvi məzarlıqdan 52 çaxmaq daşından hazırlanmış ox ucluğu, 64 daş bıçaq, iki daş balta (hamısında istifadə izləri var), beş sümükdən hazırlanmış ox və bir neçə şəxsi bəzək əşyaları tapılıb. Həmin tapıntıların 5400-5000 yaşı var.

Bu dövrün dəfn adətləri yaxşı öyrənilib. 

Məlumdur ki, Cənubi Avropanın sakinləri Erkən Neolit dövründə ölülərini tək qəbirlərdə basdırırdılar və ya cəsədləri yandırırdılar. Skeletlər qəbiristanlıqda təsadüfən bir-birinin üstünə düzüldüyü üçün alimlər həmin yerdə qırğın baş verdiyini müəyyən ediblər.

Bəzi detallar, məsələn, dəfn olunanların yanındakı şəxsi silahlar və zinət əşyaları, həmçinin ölülərin üzərindəki xəsarətlərin hədsiz çoxluğu və müxtəlifliyi bu versiyaya əslində uyğun gəlmirdi. Lakin onlar tədqiqatı davam etdirmədilər və nümunələrin tam kolleksiyası saxlanmaq üçün Alavadakı (Bask ölkəsi, İspaniya) Bibat Muzeyinə təhvil verdilər. Bunun böyük döyüşdə həlak olmuş əsgərlərin kütləvi məzarlığı olması o zaman inanılmaz görünürdü.

Böyük miqyaslı münaqişə

30 il sonra Valyadolid Universitetindən Teresa Fernandez-Kresponun rəhbərlik etdiyi ispan antropoloqları Böyük Britaniyadan olan həmkarları ilə birlikdə təkrar tədqiqat aparmaq qərarına gəliblər. Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

Müəlliflər yazırlar ki, ispan məzarları digər məlum daş dövrü kütləvi məzarlarından ilk növbədə öz miqyasına görə fərqlənir. Daha əvvəl aşkar edilmiş “kütləvi məzarlıqlarda” 30-40-dan çox skelet yoxdur. 

Ümumilikdə, elm adamları dəfn edilənlər arasında 65 sağalmamış sümük zədəsi və 89 sağalmış sümük xəsarəti müəyyən ediblər. Qalıqların 23%-də zədə əlamətləri var. Kişi skeletləri arasında yarısında ağır zədələr var. Tədqiqatçıların fikrincə, kişi qalıqlarının üstünlük təşkil etməsi, silahlardan xəsarət alanların çox yüksək faizi, eləcə də çoxsaylı xəsarətlər həmin şəxslərin döyüşdə öldürülməsini müəyyən etmək üçün yetərli faktlardır. 

Ən birinci müharibə

Tədqiqatçıların tapıntıları Pireney yarımadasına və ondan kənara səpələnmiş eyni dövrə aid meqalit qəbirlər, mağaralar və qaya sığınacaqlarındakı digər qrup dəfnləri haqqında yeni anlayışlar təqdim edir. Atlantik okeanından Qara dənizə qədər geniş bir ərazidə, eramızdan əvvəl 4-cü-3-cü minilliyin əvvəllərinə aid dəfnlərdə arxeoloqlar çox vaxt ölümlə nəticələnən travmatik zədələri olan qeyri-adi çoxlu kəllə sümükləri aşkar ediblər.

Genetik testlər göstərib ki, İspaniyadakı məzarlıqdan olan insanlar müxtəlif etnik və mədəni qruplara mənsubdurlar. Bəziləri uzaq bölgələrdən - Mərkəzi və Cənubi Avropadan, Şimali Afrikadan gəliblər.

Bütün bunlar göstərir ki, beş min ildən əvvəl Avropada aylarla, bəlkə də illərlə davam edən əsl müharibə başlayıb. Bu miqyasda bir münaqişənin geniş sosial-iqtisadi nəticələri olmalı və həyatın bütün sahələrinə təsir etməli idi.

Həqiqətən də, bu dövrə aid müntəzəm skelet qalıqları o dövrdə yaşayan şəxslərin qida sıxıntısı yaşadıqlarını sübut edir.

Aparılan araşdırmalar bəşər cəmiyyəti inkişaf etdikcə, maddi-texniki imkanlar artdıqca müharibələrin getdikcə daha genişmiqyaslı və qanlı xarakter alması ilə bağlı formalaşmış rəyi təkzib edir. Bu onu göstərir ki, insanlar metal alətlər hazırlamağı öyrənməmişdən əvvəl də genişmiqyaslı və uzunmüddətli silahlı münaqişələr olub.



Xəbərin oxunma sayı : 607




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap