![]() |
|














Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...
Tarix 27.06.25, 19:03 |
|

Təsəvvür edin, heç istifadə etmədiyiniz elektrik və ya qaz xidmətinə görə hər ay ödəniş edirsiniz. İlk baxışdan qeyri-məntiqli görünür, elə deyilmi? Lakin bu yaxın gələcəkdə Azərbaycanda enerji siyasətinin reallığına çevrilə bilər.
Son günlər ölkə gündəmini zəbt edən “sabit tarif” məsələsi əslində yeni bir mərhələnin başlanğıcı ola bilər. Dövlət qurumları bu modeli daha ədalətli yük bölgüsü kimi təqdim etsə də bunu gizli qiymət artımı və ya əlavə maliyyə yükü kimi qiymətləndirənlər də var.
Bəs sabit tarif nədir? Bu sistemin üstünlükləri və riskləri hansılardır?
Sabit tarif nədir və niyə gündəmə gəldi?
Sadə dillə desək, sabit tarif istifadəçinin xidmətə çıxış imkanı əldə etdiyi üçün ödəniş etdiyi standart məbləğdir. Yəni vətəndaş elektrik enerjisini və ya qazı istifadə etməsə belə həmin sistemin mövcud saxlanılması üçün müəyyən bir məbləğ ödəyəcək.
Bunu tanış bir nümunə ilə izah etmək olar. Taksidə olduğu kimi. Taksiyə əyləşdiyiniz andan etibarən sayğac açılır və siz hələ hərəkət etməmiş olsanız belə xidmət haqqı hesablanır. Sabit tarif də məhz bu prinsiplə işləyir.
Energetika nazirinin müavini Samir Vəliyev buna izah verərkən bildirib ki, sabit tarifin əsas funksiyası yükü həm istifadə edən, həm də etməyən bütün abonentlər arasında bərabər şəkildə bölüşdürməkdir. Məsələn, bir binada 10 mənzil varsa, bu mənzillərdən yalnız 8-i istifadə olunursa belə, transformator və digər mühəndis kommunikasiya xətləri bütün 10 mənzilin ehtiyacına uyğun qurulur. Belə olan halda, yalnız aktiv 8 mənzilin bu xərci ödəməsi ədalətsizlik yaradır.
Nə üçün “ədalətli bölgü” deyilir?
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov sabit tarifin tətbiqini “xərc əsaslı tarif metodologiyasının” tərkib hissəsi kimi təqdim edib. Onun sözlərinə görə, burada məqsəd vətəndaşlardan əlavə ödəniş toplamaq deyil, infrastrukturun saxlanması ilə bağlı mövcud xərclərin daha ədalətli formada bölüşdürülməsidir.
Təsəvvür edin, 2 abonent eyni səviyyədə - məsələn, ayda 300 kilovat-saat enerji istifadə edir. Amma müəyyən dövrdə bu abonentlərdən biri mənzildə yaşayır, digəri isə yaşamır. Enerji infrastrukturunun (transformator, şəbəkə xətti, xidmət avadanlığı və s.) qurulması hər mənzilə uyğun hesablanıb. Nəticədə real istifadə yalnız 1 abonent tərəfindən edilsə də, onların hər biri yükü bölüşür.
Bağ evləri prizmasından baxdıqda sabit tarif məsələsi daha da aktuallaşır. Belə ki, minlərlə bağ evi və yay mövsümündə istifadə olunan fərdi yaşayış sahələri var ki, bu evlər ilin böyük bir hissəsində ya ümumiyyətlə istifadə edilmir, ya da çox minimal enerji sərfi ilə kifayətlənir.
Hazırkı tarif sistemində bu evlərin sahibləri yalnız faktiki istifadə etdikləri qədər enerji və ya qaz üçün ödəniş edirlər. Yəni, əgər vətəndaş bağ evində elektrik və qazdan istifadə etmirsə o zaman heç bir ödəniş etmədən ayı başa vurur. Ancaq sabit tarif tətbiq edildikdə bu mənzillər və ya evlərin sahibləri aylıq sabit bir məbləğ ödəmək məcburiyyətində qalacaqlar.
Bunu belə də izah etmək olar. Restoranda yemək yeyirsiniz, yeməklə yanaşı qab-qacağın da pulunu verirsiniz.
Abonentlər niyə narahatdır?
Cəmiyyətin sabit tarif anlayışına ehtiyatla yanaşmasının əsas səbəblərindən biri sualların çox, cavabların isə hələ də qeyri-müəyyən olmasıdır. Tətbiq edilmək istənilən bu modelin texniki mahiyyəti izah olunsa da, onun real həyatda vətəndaşlara necə təsir edəcəyi ilə bağlı konkret və əhatəli açıqlamalar hələlik verilməyib.
Ən çox səslənən və cavab gözləyən suallardan biri budur: Sabit tarifin məbləği nə qədər olacaq? Bu ödəniş aylıq olaraq hər kəs üçün bərabər olacaqmı, yoxsa istifadə səviyyəsinə, gəlir dərəcəsinə və ya sosial statusa görə diferensiallaşdırılacaqmı?
İkinci vacib məsələ sabit tarifin ödəniş strukturunda necə təqdim olunacağıdır. Yəni bu məbləğ ayrıca bir bənd kimi göstəriləcəkmi, yoxsa ümumi enerji ödənişinin bir hissəsinə inteqrasiya ediləcək? Əgər vətəndaş bu ödənişin konkret nəyə görə tutulduğunu aydın şəkildə görməzsə, bu da əlavə narazılığa səbəb olacaq.
Üçüncü önəmli sual xidmət keyfiyyəti ilə bağlıdır. Əgər vətəndaş əlavə ödəniş edəcəksə təbii olaraq bu ödənişin qarşılığında daha stabil enerji təchizatı, tez-tez yaşanan fasilələrin azalması və ümumi xidmət səviyyəsinin yüksəlməsini gözləyəcək. Əks halda bu yalnız “boşuna verilmiş pul” kimi qəbul ediləcək.
Sabit tarifdən kim qazanacaq, kim itirəcək?
Bu sistemdən əsas çox fayda görən enerji təchizatçıları olacaq.
Mütəxəssislərin fikrincə, sabit tariflərin tətbiqi enerji sektorunda xidmət göstərən qurumlar üçün ciddi üstünlüklər yaradır. Bu model təchizatçı qurumların maliyyə gəlirlərini sabitləşdirəcək, büdcə planlamasını asanlaşdıracaq və idarəetmədə qeyri-müəyyənlikləri aradan qaldıracaq.
Bu gün bəzi ünvanlarda enerji istifadə olunmasa belə həmin obyektlər üçün transformatorlar, qaz xətləri, kabellər mövcuddur. Sabit tarif bu vəziyyəti kompensasiya edir. Yəni istifadə olunmasa belə həmin ünvana çıxış olduğu üçün sistemin saxlanması üçün ödəniş edilir. Bu isə təchizatçı üçün daha sabit gəlir, maliyyə planlamasında dəqiqlik və idarəetmədə səmərəlilik deməkdir.
Lakin bu mexanizmin vətəndaş üçün real nəticələri sabit tarifin məbləğindən birbaşa asılı olacaq. Əgər bu ödəniş aşağı - rəmzi səviyyədə olacaqsa anlayışla qəbul edəcək. Amma tarif yüksək və ailə büdcəsinə nəzərəçarpacaq yük formasında təyin olunarsa, bu narazılıqla qarşılana bilər.
Eyni zamanda, aktiv istifadəçilər üçün də müəyyən üstünlüklər yaradır. Bu gün bütün xərclər yalnız istifadə edənlərin üzərinə düşür. Sabit tarifin tətbiqi ilə sistemə qoşulan, lakin istifadə etməyən obyekt sahibləri də müəyyən qədər məsuliyyət daşıyacaq və bu, xərclərin daha bərabər bölüşdürülməsini təmin edəcək.
Lakin bu modelin yük gətirəcəyi qruplar da var. Bunlar əsasən boş mənzillər, yay mövsümündə istifadə edilən bağ evləri və ya kirayəyə verilməyən obyektlərdir. İndiyədək bu obyektlər enerji istifadə etmədikləri halda ödəniş etmirdilər. Yeni model bu "sıfır ödəniş" dövrünü bağlayacaq və sistemə çıxış varsa, ödəniş də olacaq prinsipi tətbiq ediləcək.
İkinci və daha həssas qrup – aşağı gəlirli ailələrdir. Əgər sabit tarifin məbləği rəmzi yox, real yük səviyyəsində təyin edilərsə, bu zaman əhalinin sosial cəhətdən həssas təbəqəsi üçün əlavə maliyyə gərginliyi yaranacaq.
Üçüncü qrup isə – sistemə etimadı zəif olan vətəndaşlardır. Əgər onlar hiss etməsələr ki, bu ödəniş qarşılığında daha sabit enerji, daha yüksək xidmət keyfiyyəti əldə edirlər, sadəcə texniki izahla razı qalmayacaqlar. Vətəndaş haqlı olaraq soruşacaq: “İstifadə etmədim, niyə ödəyirəm?”
Rəsmi qurumlar birmənalı şəkildə yeni modelin tarifləri artırmayağaını bildirilər.
Xarici ölkələrin sabit tarif təcrübəsi
Sabit tarif anlayışı artıq bir çox ölkələrdə enerji təchizatının ayrılmaz hissəsinə çevrilib.
Almaniyada bu sistem “Grundpreis” və “Arbeitspreis” adlı 2 hissədən ibarət tarif strukturu ilə həyata keçirilir. Grundpreis adlanan sabit ödəniş istehlakdan asılı olmayaraq aylıq 8–15 avro arasında dəyişir və şəbəkənin işlək vəziyyətdə saxlanması üçündür. Faktiki enerji istifadəsi isə ayrıca hesablanır. Beləliklə, enerji sisteminə çıxışı olan hər bir istifadəçi istifadə etməsə də sabit ödənişi yerinə yetirir və bu da infrastrukturun davamlı maliyyələşməsini təmin edir.
Fransada da oxşar model tətbiq edilir. Dövlət enerji şirkəti EDF istifadəçilərə bir neçə tarif seçimi təqdim edir. Onlardan bəziləri sabit aylıq haqq qarşılığında daha aşağı tarifləri təklif edir. Bu sistem daha çox enerjidən istifadə edən ailələr üçün əlverişli hesab olunur.
ABŞ-da da sabit tarif komponentləri demək olar ki, bütün ştatlarda mövcuddur. Burada sabit ödənişlər “fixed charge” adı altında təqdim olunur. Bu ödənişlər əsasən təchizat xətlərinin, sayğac xidmətlərinin və şəbəkənin ümumi işləkliyinin təmin olunmasına yönəlib. Hətta öz günəş enerjisini istehsal edən və enerji sistemindən minimal istifadə edən abonentlər də bu sabit xərcləri ödəmək məcburiyyətindədirlər. Məsələn, Kaliforniyada bu məbləğ 10–15 dollar arasında dəyişir.
İtaliya və Niderlandda da oxşar sabit tarif mexanizmləri mövcuddur. İtaliyada “canone” adlı sabit ödəniş sistemi tətbiq olunur. Bu, enerji istifadə edilməsə belə ödənilir və infrastrukturun maliyyələşdirilməsinə yönəlir. Niderlandda isə bu sabit ödəniş “vastrecht” adlanır və aylıq olaraq 20–25 avro civarında olur. Bu məbləğ şəbəkə çıxışı və texniki xidmət xərclərinin qarşılanması məqsədilə tətbiq edilir.
Türkiyə uzun illərdir bu modeli tətbiq edir. Elektrik və qaz fakturalarında “abonman ücreti” və “dağıtım bedeli” adlanan sabit komponentlər yer alır. Bu ödənişlər istifadədən asılı olmadan aylıq olaraq alınır və adətən 20–30 türk lirəsi civarında olur. Bu məbləğlər rəsmi qaydada təsdiqlənir və ictimaiyyətə açıq elan olunur. Türkiyədə bu sistem həm təchizatçıların davamlı maliyyələşməsini təmin edir, həm də istehlakçılara stabil və keyfiyyətli xidmət göstərilməsi məqsədi daşıyır.
Xarici təcrübədən çıxarılan əsas nəticə budur ki, sabit tariflər dünya üzrə geniş tətbiq olunur və bu, enerji sisteminin dayanıqlılığı üçün vacib element hesab edilir. Azərbaycan bu sistemi tətbiq etmək niyyətindədirsə ilk növbədə ictimaiyyətə aydın izahat verilməli, sabit tarifin məqsədi və mahiyyəti izah olunmalı, vətəndaş hansı xərclər üçün nəyə görə ödədiyini başa düşməlidir. (modern.az)
Xəbərin oxunma sayı : 253
Sosial
Xəbərlər
-
“Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq“ - Putin
-
Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib - Rəsmi
-
Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...
-
İsrail ordusunun 7 əsgəri pusquya düşərək öldürüldü - VİDEO
-
Maşınlarını işçilərə yudurdan direktor və müavini - Cəzalandırılacaq
-
Ermənistanda kilsə tərəfdarları ilə xüsusi təyinatlılar arasında toqquşma - VİDEO
-
Xalasının telefonunu 940 manata satdı - Pulu bir günə xərclədi
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Mingəçevrdi mənzillər necə obyəktə çevrildi? - FOTOLAR
-
Yaxşı mütəxəssis çoxdur, güvənən yoxdur - Kənarda qalan yerli məşqçilər
-
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
-
Prezident Azərbaycan-İran əlaqələrinə xələl gətirmək istəyənlərdən danışdı - FOTO
-
Bağı narkotik plantasiyasına çevirib, videokameralarla izlədi - Göyçayda
-
Azərbaycan iqtisadiyyatı orta hesabla 2,5 % artacaq - Yaxın beş ildə
-
37 dərəcə isti olacaq - Sabahın havası
-
Bölgələrdə taksilər niyə bahalaşdı? - Açıqlama
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - MÜRACİƏT
-
“Məni alan cekpot udub, hərtərəfli qızam“ - Qumral
-
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - Müdafiə Nazirliyi
-
Ronaldo “Əl-Nəsr”də qaldı - Rekord məbləğ alacaq
-
Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər - VİDEO
-
“Azərbaycanfilm” və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
-
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR
-
DİN və Dövlət Komitəsindən Məhərrəm ayı ilə bağlı - Müraciət
-
Uşaqlar arasında “beşinci xəstəlik“ yayılıb - Nə etməli?
-
Meloni qəribə davranışları ilə yenidən gündəmdə - VİDEO
-
Gümüş bahalaşmaqda davam edir - VİDEO
-
Ukrayna iqtisadiyyatı çökmək üzrədir - “Vaşinqton Post“
-
Mobil təhlükə artır: “SMS Blaster“ fırıldağı sürətlə yayılır
-
Bu adamlar yumurta yeməməlidir - Səbəbi AÇIQLANDI
-
ABŞ Çinlə ticarət razılaşması imzalayıb - TRAMP
-
“40 min manat ziyandayam“ - Arıçılar çətin vəziyyətdə - VİDEO
-
Tibb qardaşı klinikada travmatoloq işləyirmiş... - VİDEO
-
Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib - Tramp
-
Partlayış kinostudiyanın anbarında baş veribmiş - Mədəniyyət Nazirliyi
-
Azərbaycanda ət bahalaşacaq - SƏBƏB
-
Narkotikə “yox” deyək - DİN-dən yeni sosial çarx
-
Yol kənarında ağaclara su verən texnikalar avtomobillərə təhlükədir? - VİDEO
-
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? - FOTOLAR
-
“Normallaşma müzakirələri davam edir“ - Ermənistan XİN
-
Tatların yaşadığı kənddə nələr gizlədilib? - Sirli evlər, diqqətçəkən adətlər
-
Deputat başqasına məxsus obyekti gizlicə nazirin qaynatasına satıb - QALMAQAL
-
İrana hücum zamanı öldürülən yüksək rütbəli hərbi komandanlar - SİYAHI
-
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
-
Azərbaycanda evlənənlərin yaş fərqi: 29 yaşlı gəlinlə 60 yaşlı bəy...
-
Yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Gəlinlə qayınanası bıçaqlandı - Qayınata saxlanıldı
-
Bakıya oğurluqlar etmək üçün gələn gürcülər saxlanılıb - VİDEO
-
İlham Əliyev İran prezidentini Azərbaycana dəvət etdi - Telefon danışığı
-
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO
-
Azərbaycanlı müğənnilərin geyim qiymətləri - SİYAHI/FOTO
-
Bakıda hərbçilərin yürüşü keçirilir - CANLI YAYIM
-
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib
-
“Amerikanın səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır - Tramp
-
Həkim səhvinin qurbanı olan qadın əlillik dərəcəsini dəyişə bilmir - VİDEO
-
İranın zənginləşdirilmiş uranı dağıntılar altında qalıb - Ağ Ev
-
Dərnəgüldə yerləşən mərmər zavodu işçilərinin maaşını vermir? - ŞİKAYƏT
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
-
Bakıda yeni söküntü dalğası başlayır - Sakinlər kompensasiyadan narazıdır
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
-
Azərbaycan Ordusu 107 yaşında - FOTOLAR
-
“Putinlə müharibənin başa çatması barədə danışacağam“ - Tramp
-
Tovuzda kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirilib
-
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə
-
“ABŞ gələn həftə İranla danışıqlar aparacaq, saziş imzalaya bilərik“ - Tramp
-
Biri işə düzəlmək, digəri təqaüdə çıxmaq istədi... - Balakəndə dələduzluq
-
“Azəriqaz“ın baş direktoruna 2 yeni müavin təyin edilib - FOTO
-
“166” bir köçkün ailəsini Qarabağa 930 manata köçürəcək - TENDER
-
Bu şəxslər “kupça”nı daha tez alacaqlar - AÇIQLAMA
-
Ərdoğan Trampla görüşə apardığı zərfə nə yazmışdı? - FOTO
-
Xətai rayonunda polis 40 kiloqram narkotik vasitə aşkarladı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
“Gündə 3 əsas yeməklə kifayətlənin“ - Nazirlik əhaliyə müraciət edib
-
Bu rayonlara yeni prokurorlar təyin edildi - Siyahı
-
Sabir Adnayevin sığorta şirkəti dirçələ bilmir - Yarım milyonluq azalma
-
“Kontakt Home” haqqında rəsmi araşdırma başlayıb - Qanunu pozub
-
Bakıda mənzillər və kirayə evlər bahalaşdı - QİYMƏTLƏR
-
Meşəlik ərazidə tikinti işlərinin aparılması qaydaları dəyişib - DETALLAR
-
İranda İsraillə əlaqəli 700-dən çox şəxsi həbs edilib - 3 nəfər edam olunub
-
Qadın qadını çılpaq görüntüləri ilə ittiham edib - Məhkəmə zalına qandallandı
-
Bu yollarla bağlı xəbərdarlıq edildi - Sürücülərin nəzərinə
-
Yasamal rayonunda qanunsuz tikinti davam edir - Rəsmilər susur
-
Hara toxunursan uçur, kimə müraciət etsən susur - Səbaildəki qəzalı binadan REPORTAJ
-
Etiketdə və kassada fərqli qiymətlər: Marketlərin fırıldağı ifşa olundu - VİDEO
-
İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək - Tramp
-
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - Fəaliyyət Planı
-
Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?
-
“Yükümüzü normativə uyğun vururuq, yenə də cərimələnirik” - VİDEO
-
General-mayor rütbəsi verilən hərbçilər kimdir? - FOTO
-
Banklar əvvəlki kimi qazana bilmir - Xalis mənfəətdə azalma
-
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu“ - FOTO
-
Prezidentin general-mayor rütbəsi verdyi Mürsəl İbrahimov kimdir? - DOSYE
-
“İran indi nüvə silahı yaratmaqdan uzaqdır“ - ABŞ dövlət katibi
-
Beş nəfərə general-mayor ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
-
Maştağa yolunda piyadalara təhlükə - VİDEO
-
“100 manata 9 sm boy artımı“ vədi: Azərbaycanda yeni dələduzluq?
-
Xərçəng xəstələrinin sayı niyə durmadan artır? - VİDEO
-
“Putinlə danışıqlar gözəl keçib“ - İran XİN başçısı
-
İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq - MƏBLƏĞLƏR
-
Ərdoğan Trampla görüşdü - Bu məsələlər müzakirə olunub
-
Böyükşor gölündə naməlum köpüklənmə nədir? - VİDEO
-
NATO ölkələri müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər - Siyarto
-
Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilir - VİDEO
-
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qürurla qeyd edirik
-
Qarabağ bizimdir! Qarabağ Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır
-
Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir
-
Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu
-
Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Müştəri ilə tanış olmaq istədi, saxlanıldı - VİDEO
-
Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul etdi - FOTO
-
“İsrail atəşkəsi pozmazsa, İran ona əməl edəcək“ - Pezeşkian
-
Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olunub?- FOTOLAR
-
Azərbaycan-İran sərhədində radiasiya varmı? - BİRGƏ MƏLUMAT
-
Prezidentdən güzəştli mənzillərlə bağlı - Fərman
-
Sabunçu rayonunda yanğın - 22 nəfər təxliyə edildi
-
Ramin Deko, Natiq Cavadlı, Şəmşad Ağa... - Jurnalistlər haqqında daha bir qərar verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TOP 10
ARXİV