“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ

Tarix 11.07.25, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


181 nəfəri sertifikat və işə düzəltmək adı ilə aldadaraq 52 min manatdan artıq pul vəsaitini ələ keçirən Toğrul Kərimovun məhkəmə istintaqı başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Kərimov Toğrul Məmmədrəhim oğlunun cinayət işi üzrə keçirilən məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq etmə) ilə irəli sürülmüş ittiham üzrə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

Zərərçəkmiş şəxslər ifadələrində təqsirləndirilən şəxsin onlara vurduğu maddi ziyanın indiyədək ödənilmədiyini bildirərək, ona qanunvericiliyə uyğun olaraq mümkün olan ən ağır cəzanın təyin olunmasını istəyiblər.

Müdafiə tərəfi isə çıxışında Kərimovun ailə vəziyyətinə diqqət çəkərək, onun 4 azyaşlı övladının olduğunu qeyd edib və bu amilin nəzərə alınaraq cəzanın yüngülləşdirilməsini xahiş edib.

Təqsirləndirilən şəxs isə son söz üçün əlavə vaxt verilməsini istəyib, lakin bu istək zərərçəkmişlərin narazılığına səbəb olub.

Məhkəmə növbəti iclasın və hökmün elan olunması üçün prosesi 2025-ci il iyulun 18-nə kimi təxirə salıb.

İttiham aktına əsasən, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, sosial şəbəkələrdə özünü Türkiyənin tanınmış dənizçilik şirkətlərindən birinin Bakı nümayəndəsi kimi təqdim edərək, vətəndaşlara həmin şirkətə işə düzəlmək və sertifikat almaq imkanları vəd edib və bu vədlərlə onların pul vəsaitlərini ələ keçirib.

Cinayət işi üzrə materiallara əsasən, Kərimov 2022–2023-cü illər ərzində 181 vətəndaşdan ümumilikdə 52,725 manat məbləğində vəsaiti dələduzluq yolu ilə mənimsəyib. O, vətəndaşlardan hər birindən 300–700 manat aralığında pul alaraq, onları “Arif Kalkavan - AKO” MMC-yə işə düzəldəcəyi və dənizçilik pasportu verəcəyi ilə aldadıb. Eyni zamanda, o, “Tap.az” platformasında yerləşdirdiyi elanlar və “TikTok” sosial şəbəkəsində paylaşılan saxta reklamlar vasitəsilə vətəndaşları aldatmaqla onlara müxtəlif sahələrdə iş vədi verib, bu üsulla da əlavə vəsaitlər əldə edib.

İş üzrə toplanmış sübutlar zərərçəkmiş və şahid ifadələri, ödəniş qəbzləri, yazışmalar və digər sənədlər təqsirləndirilən şəxsin qeyd olunan əməlləri törətməsini tam sübut edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 343




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap