“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib

Tarix 15.07.25, 14:24

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ və Almaniyanın müdafiə nazirləri Pit Heqset və Boris Pistorius iyulun 14-də Vaşinqtonda keçirilən görüşdə Ukraynaya ABŞ silahlarının Almaniya vasitəsilə ötürülməsi məsələsini müzakirə ediblər. Görüş ABŞ Prezidenti Donald Trampın həmin gün Avropadakı müttəfiqlərə “böyük partiyalarla silah satmağa” hazır olduğunu bəyan etməsindən dərhal sonra baş tutub.

Almaniyanın müdafiə naziri Boris Pistorius görüşdən sonra jurnalistlərə açıqlamasında təsdiqləyib ki, danışıqlar “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünü də əhatə edib. Onun sözlərinə görə, Vaşinqton və Berlin bir neçə gün və ya həftə ərzində bu məsələdə yekun qərar verə bilər. Almaniya artıq "Patriot" sistemlərini ABŞ-dən satın alaraq Ukraynaya göndərmək təklifi ilə çıxış edib. Hazırda danışıqlar texniki səviyyədə davam edir, konkret olaraq, neçə buraxılış qurğusu və raketin sövdələşməyə daxil ediləcəyi məsələsi razılaşdırılır.

Pistorius bildirib ki, o və Heqset Ukraynaya göndəriləcək dəqiq silah sayını ictimaiyyətə açıqlamamaq barədə razılığa gəliblər. “Bloomberg” agentliyinin məlumatına görə, söhbət hər biri 4-8 buraxılış qurğusuna malik iki “Patriot” kompleksindən gedir. Hətta agentlik bu komplekslərin alışına dair danışıqların hələ Trampın bəyanatından əvvəl, iyulun əvvəlində başladığını yazmışdı.

Pistoriusun sözlərinə görə, ilk “Patriot” sistemi artıq bir neçə ay ərzində Ukraynaya göndərilə bilər. Qeyd edək ki, Tramp Ukraynaya HƏM sistemlərinin tədarükündə Norveç və Almaniyanın da iştirak edə biləcəyini bildirmişdi. Prezident Volodimir Zelenski də son çıxışlarında bu iki ölkəni ayrıca qeyd edib və “Patriot” sistemlərinin Ukrayna üçün prioritet olduğunu dəfələrlə vurğulayıb.

Almaniya indiyə qədər Ukraynaya üç “Patriot” qurğusu göndərib.

Pistorius, həmçinin Almaniyanın ABŞ-dən orta mənzilli “Tayfun” raketlərinin alınması ilə bağlı müzakirələr apardığını da təsdiqləyib. Lakin qeyd edib ki, bu raketlər Ukraynaya ötürülməyəcək, yalnız Almaniyanın öz ehtiyacları üçün nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 478




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap