“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə

Tarix 15.07.25, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


"Azinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu "Qafqaznet" şirkəti ilə satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə kondisioner alışı nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 612,5 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

"Qafqaznet" şirkəti 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Namazov Əmrah Şofir oğludur. 

Mediada gedən məlumatlara görə, "Qafqaznet" şirkəti fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Nazirin biznesi haqqında mediada dərc edilən araşdırma yazılarında da "Qafqaznet" MMC-nin adına rast gəlinir. Digər tərəfdən, şirkət bir qayda olaraq Fövqəladə Hallar Nazirliyi və ona tabeli qurumların keçirdiyi satınalma müsabiqələrinin qalibi olur. Bu fakt şirkətin Kəmaləddin Heydərova məxsus olmasına dair şübnhələri artırır. 

Bu arada qeyd edək ki, "Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu da FHN-nin nəzdində fəaliyyət göstərir.

Maraqlı məqamlardan biri də "Qafqaznet"in fəaliyyət sahəsi ilə bağlıdır. Şirkət informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərir. "Qafqaznet"in qalib gəldiyi tenderlər də adətən bu sahə ilə əlaqədar olur. Amma indi məluma olur ki, şirkət kondisiner də satırmış.



Xəbərin oxunma sayı : 448




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap