“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“

Tarix 15.07.25, 19:12

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı açıqlamasından sonra Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib. 

Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Çin rəsmi olaraq neytral mövqe tutduğunu bəyan etsə də, Pekin Moskvanın diplomatik və iqtisadi müttəfiqi kimi çıxış edir. Bundan əvvəl Çin Xarici İşlər naziri bildirmişdi ki, Rusiyanın müharibədə uduzmasına yol verə bilməz, çünki bu hal ABŞ-nin diqqətini növbəti olaraq Çinə yönəltməsinə səbəb ola bilər.

Qeyd edək ki, Tramp NATO Baş katibi Mark Rutte ilə keçirdiyi görüş zamanı bəyan etmişdi ki, əgər 50 gün ərzində Ukraynada atəşkəs razılaşması əldə olunmasa, Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcək. O, bu addımın müharibəyə son qoymaq üçün nəzərdə tutulduğunu, lakin əslində bu rüsumların tətbiq olunmamasını ümid etdiyini bildirmişdi.



Xəbərin oxunma sayı : 400




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap