“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Regional sülh üçün atılan addımlar çoxşaxəli olmalıdır“ - Türkiyə Prezidenti

Tarix 31.08.25, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Regional sülh üçün atılan addımlar çoxşaxəli olmalıdır.

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çinin aparıcı media orqanlarından olan "People"s Daily" qəzetində yayımlanan "Sülh və ədalət üçün ortaq yol" başlıqlı məqaləsində yer alıb.

Türkiyə Prezidenti vurğulayıb ki, iqtisadi əlaqələr, infrastruktur layihələri, enerji əməkdaşlıqları və mədəni mübadilə etimadı möhkəmləndirən institusional amillərdir: "Türkiyə müxtəlif coğrafiyalarda həyata keçirdiyi layihələrlə qlobal sabitliyi gücləndirən, humanitar yardım potensialını artıran və çoxtərəfli platformalarda həll yolları təklif edən bir aktor olaraq fəaliyyətini davam etdirəcəkdir".

Çinə səfəri zamanı Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcəyini bidirən R.T. Ərdoğan bu görüşün qarşılıqlı etimadın möhkəmlənməsinə və ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

"Türkiyə olaraq keçmişdən aldığımız güc və təcrübə ilə bu günü formalaşdırır, sabahı isə sülh, təhlükəsizlik və əməkdaşlıq əsasında inşa edirik. Atılan hər addım bölgəmizdən başlayaraq dünyaya yeni üfüqlər açır. Dialoq kanallarını açıq saxlamağa və böhranları həll etməyə yönəlmiş iradə ilə məsuliyyət daşımağa davam edəcəyik. Çin Xalq Respublikasının aparıcı aktor olduğu beynəlxalq ictimaiyyətin ortaq vicdan və ümumi maraqlar ətrafında birləşməsinin daha ədalətli və firavan bir dünyanın qapısını açacağına inanırıq".



Xəbərin oxunma sayı : 985




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap