“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Vətəndaşlara qarşı dələduzluq edən Nurlan Babayev - Polisi sifarişçilikdə ittiham edir

Tarix 02.09.25, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Bir qrup şəxsin torpaq satan və daha sonra eyni torpağı digər şəxslərə satan Nurlan Babayev haqqında hüquq mühafizə orqanları tədbir görməlidir.

Abşeron rayon Məmmədli kəndində Babayev Nurlan Tapdıq oğlu şəxs bir qrup vətəndaşa qarşı dələduzluq edib.  Şikayətçilər bildirirlər ki, Nurlan Bababyev Məmmədli kəndində onlara satdığı torpaqları əlavə olaraq saxta etibarnamə ilə başqa-başqa adamlara satıb. 


2023-cü ildə dələdzuluğa görə həbs olunan Nurlan Babayev həbsdən çıxdıqdan sonra yenədə dələduzluğunu davam etdirib və Məmmədli kəndində vətəndaşlara saxta sənədlə torpaq satmağa başlayıb. Şikayətçilər qeyd edirlər ki, Nurlan Babayev onlara toraq satmasını notarial qaydada sənəddə qol çəkib. Hazırda vətəndaşların əllərindən Nurlan Babayevin notarial qaydada onlara torpaq satması barədə sənəd olmasına baxmayaraq, aidiyyatı qurumlar bu sənədi görməzdən gəlirlər. 

Saytımıza daxil olan məlumatda bildirilir ki, Nurlan Babayev dələduzluğa görə həbs olunmuşdu və hazırda Sabunçu rayon Məhkəməsi onun həbsini ev dustaqlığı ilə əvəz edib.  

Bildirək ki, hazırda Nurlan Babyev müxtəlif tik-tok səhifələri vastəsi ilə ondan şikayət edən şəxslər barəsində videolar yaydırır. Dələduzluq edən Nurlan Babayev qarşı tərəf haqqında müxtəlif videolar,şikayətlə yaydırmaqla onları susdurmaq və həbsdən qurtulmaq istəyir. 

Bundan başqa Nurlan Babayev tik-tok səhifələrində yaydığı şikayətdə polis sistemini sifaşçilikdə, korrupsiyada ittiham edir. Belə ki, Nurlan Babayev videoda açıq şəkildə deyir ki, 11.03.2025-ci ildə Cəfəroca Şəbnəm və Ağsu rayon sakini Sərdar məni qanunsuz, əsassız, sübutsuz Bərdə rayon Polis İdarəsi tərəfindən tutdurublar. Vətəndaşları aldadan onlara satdığı torpaqları yenidən satan və əmlaklarını mənimsəyən Nurlan Babyev Bərdə polisinin onu sifarişlə tutduğunu bildirir. 


Nurlan Babayev unudur ki, polis orqanları hazırkı dövrdə heçkəsi günahsız, qanunsuz həbs etməz. Çünki Daxili İşlər Naziri Vilayət Eyvazovun polis ssitemində apardığı isahatlar və yaratdığı qaydalar nəticəsində bu gün polis sistemi şəffaf fəaliyyət göstərir. Yəni Nurlan Babayevin dediyi kimi Azərbaycan polisi sifarişlə yox, qanunla qayda ilə işinin başındadı. Görünür dələduzluğa vərdiş edən Nurlan Babayev polisimizi sifarişçilikdə, qanunsuzluqda suçlamaqla özünə haqq qazandırmağa çalışır. Ancaq cəmiyyətin gözü tərəzidir. Və Nurlan Babayev kimilərinin polisimizə atdığı çamurlar çox qısa zamanda təmizlənəcək. Ancaq Nurlan Babayev dələduz kimi qalacaq həmdə etdiyi əməllərini cəzasını dəmir barmaqlar arasında çəkməklə… 

Növbəti yazımızda Nurlan Babayevin vətəndaşlara və Şəbnəm Cəfərova adlı xanıma qarşı etdiyi dələduzluqla bağlı video-reportajı oxucularımıza  təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 295




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap