“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Mirvari City” MMC 213 milyon manatlıq tenderin qalibi oldu - 10 manat kapitalı var

Tarix 01.09.25, 18:27

Font ölçüsü : - / +
bitmap-img6


İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən 213 milyon 500 min manatlıq tender müsabiqəsini “Mirvari City” MMC (VÖEN – 3101750431) udub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınmasını nəzərdə tutur.
Bildirilir ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və ona birbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcək.
Qeyd olunur ki, satın alınacaq yaşayış sahəsi 100 000 kv. metrə bərabər olacaq.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, İpoteka və Kredit Zəmanət Fondu “Mirvari City” MMC-yə yaşayış sahəsinin 1 kv. meti üçün 2 135 manat ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Mirvari City” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, Bulvar küçəsi 27, 1-ci məhəllə, blok 8-də yerləşən MMC-nin qanuni təmsilçisi Hüseynov Əhliman Sayad oğludur.
Məlumat üçün bildirək ki, ölkənin aparıcı tikinti şirkətlərindən biri olan “Aral Group” Sumqayıt şəhərində “Mirvari City” adlı yaşayış komleksi inşa etdiyini açıqlayıb.
Verilən açıqlamada bildirilir ki, 1991-ci ildə bünövrəsi qardaş Türkiyənin Konya şəhərində qoyulan “Aral Group” şirkəti Azərbaycanda təmir-tikinti sahəsində liderlərdən biridir. Açıqlamada həmçinin qeyd olunur ki, “Aral Group” hazırda tikinti və ticarət sahəsində fəaliyyət göstərən doqquz şirkətdən (“Aral Qrup” MMC, “İnkom” MMC, “Elif” MTK, “Esra” MMC, “Babək İnşaat” MTK, “Falez” MMC və s.) ibarətdir.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu tenderi bu ilin iyul ayında elan edib. Tender müsabiqələrinin nəticələri avqust ayının 8-də açıqlanıb. Lakin, maraqlıdır ki, İpoteka və Kredit Zəmanət Fondu 4 il əvvəl Sumqayıt şəhərində yerləşən “Mirvari City” yaşayış kompleksindəki mənzilləri kirayəyə vermə mexanizmi üzrə vətəndaşlara təklif etməyə başlayıb. Hal-hazırda isə İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytında “Mirvari City” yaşayış kompleksinin yerləşdiyi Bulvar küçəsində mənzilin olmadığı qeyd olunur.



Xəbərin oxunma sayı : 259




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap