Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Maliyyə Nazirliyi ünvanlı sosial yardımları köçürməyib

Tarix 03.12.16, 6:21

Font ölçüsü : - / +
bitmap-img6


Ölkənin hər yerindən şikayətlər gəlir, nazirlik isə susur.

Regionlarda yaşayan aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı ala bilmirlər. Bu barədə ölkənin müxtəlif rayonlarının sakinləri “Bizimyol.info “ saytına məlumat veriblər.

Plastik ödəniş kartları ilə bankomatlara yaxınlaşan sosial müavinat alan vətəndaşlar  hesaba pulun köçülmədiyinin şahidi olurlar.  Sosial-iqtisadi vəziyyət yaxşı olmayan şəxlər nə zaman ünvanlı dövlət sosial yardımın hesaba köçürüləcəyi ilə bağlı müvafiq dövlət qurumlarının qaynar xəttinə etdiyi zənglər cavabsız qalır. Bu səbəbdən onlar problemin ictimailəşməsi ilə məsələnin həll olunacağına ümid edirlər.

Sosial müavinat alan vətəndaşların müraciət əsasında “Bizim Yol”un Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Maliyyə Nazirliyinə göndərdiyi informasiya sorğularına cavab verilməyib. Əldə etdiymiz məlumata görə problem Maliyyə Nazirliyi tərəfindən yaradılıb. Belə ki, ünvanlı sosial yardımlar bilavasitə büdcədən ayrıldığına görə onun köçürülməsini adıçəkilən nazirlik təmin etməlidir.  

Qeyd edək ki, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış "Ünvanlı dövlət sosial yardımı haqqında" qanununa əsasən həyata keçirilir. 

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Təyinat müddəti bitdikdən sonra aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda, yaxud ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda, yaxud yardım üçün müraciətdən 1 il əvvəl ailə respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (cari il üçün bu göstərici 108 manatdır) 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və ya alqı-satqı etdikdə, həmçinin ailənin əmək qabiliyyətli, işləməyən üzvü Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş 2 münasib işdən imtina etdikdə həmin ailəyə sosial yardımın təyin olunmasından imtina edilir.



Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap