Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Bakıda 350 sürücü cərimələndi

Tarix 19.08.17, 23:05

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi məqsədi ilə təşkil olunan reydlər davam etdirilir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində keçirilən sonuncu reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan, avtoxuliqanlıq edərək başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.

Avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan “Mersedes” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat vasitəsini qoyaraq qaçmağa üstünlük verib. Avtomobildə olan sürücünün qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş parçası ilə hücum edib.

Qeyd edək ki, sərxoş sürücünün idarə etdiyi avtomobildə sərnişin qismində azyaşlı uşaqlar da olub. Bu isə onu deməyə əsas verir ki, yol polisi həmin sürücünü vaxtında müəyyən edib yol hərəkətindən kənarlaşdırmaqla bu ailəni böyük bir faciədən xilas edib. Çünki, sükan arxasına spirtli içki qəbul edərək əyləşən sürücünün qəza törətmək riski artır.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap