| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Azərbaycan əhalisinin 94.7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU
Tarix 17.04.20, 19:51 |
|
Prezident İlham Əliyevin son dövrdə ölkədə həyata keçirilən inqilabi islahatlarla bağlı cəmiyyətin ictimai rəyinə müstəsna əhəmiyyət verməsini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi (STM) 2019-cu ildən etibarən yeni formatlı sosioloji sorğulara start verib.
Mərkəzdən "Report"a bildirilib ki, bu sorğular islahatlarla bağlı ictimai rəyin rüblük (3 aylıq) monitorinqi baxımından ölkədə bir ilk olmaqla yanaşı, həm də sosial proseslərin dinamikasını və ictimai rəydə dəyərləndirilməsini daha operativ izləməyə imkan verir.
Təqdim edilən növbəti hesabat, 2020-ci ilin sona çatan ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqımızın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq-mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.
Rəy sorğusunda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerli və xarici mediada geniş işıqlandırılan hadisələr əksini tapıb.
2020-ci ilin yanvar-mart ayları ərzində də, həmişə olduğu kimi, Azərbaycanın dövlət başçısının fəaliyyətində yerli və beynəlxalq ictimai rəydə gündəmə çevrilən və yadda qalan hadisələr baş verib. Bu hadisələr Prezident İlham Əliyevin dövlətçiliyin gücləndirilməsi naminə daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyəti diqqət mərkəzinə gətirməklə yanaşı, ona olan inam və etibarın daha da yüksəlməsini təmin edib.
Beləliklə, 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və Prezidentə inam indeksinin öyrənilməsi üçün Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğunun nəticələri ən qısa şəkildəbelə ifadə edilə bilər:
Bütün dünyada neft qiymətlərinin aşağı düşməsi, beynəlxalq geosiyasi qarşıdurmaların kəskinləşməsi, II Dünya müharibəsindən sonra dünyada ilk dəfə ən dərin sosial, siyasi, iqtisadi böhran vəziyyətini yaradan yeni qlobal pandemiyanın sürətlə yayılması fonunda Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə gedir.
Təqdim edilən “İnam indeksi” ictimai rəy sorğusuna əsaslanan analitik hesabat həmin qənaəti təsdiq edir.
Sorğunun metodoloji prinsipləri
❖ Keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1212 respondent iştirak edib.
❖ İctimai rəy sorğusu klaster seçmə metoduna əsaslanıb. Ümumilikdə, ölkə üzrə seçilmiş ünvanlarda 101 klaster təsadüfi seçim əsasında müəyyən edilib və hər birində sorğuda iştirak etməyə müsbət cavab verən ilk 12 nəfər əsas seçimə daxil edilib.
❖ Sorğuda iştirak üçün ailədə doğum günü sorğu keçirilən vaxta yaxın olan şəxs seçilib.
❖ Sorğunun nəticələri 95% əminlik intervalı, statistik xəta əmsalının 3% olması nəzərə alınaraq təhlil edilib.
❖ Sahə işi 2020-ci ilin mart ayı ərzində keçirilib.
Regionlar. Sorğu aşağıdakıiqtisadi-coğrafi rayonlarda həyata keçirilib: Bakı, Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran. Sorğu Naxçıvan Muxtar Respublikasında və işğal edilmiş regionların ərazisi istisna olmaqla bütün ölkəni əhatə edib. Eyni zamanda, işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğuya cəlb olunub.
Nəticə
❖ 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin, Prezidentə “İnam indeksi”nin öyrənilməsi ilə bağlı keçirilmiş sorğunun nəticələrinin təhlili göstərir ki, Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə davam edib.
❖ Hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94.7%) Prezidentə etibar edir.
❖ Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90.8%) təşkil edir.
❖ Respondentlərin 57.4%-i parlamentə, 46.2%-i yerli icra hakimiyyətinə, 49%-i məhkəməyə etibar edir. Bu üç hakimiyyət qolu içərisində ən aşağı etibarlılıq icra hakimiyyətinədir. Bu, onu deməyə əsas verir ki, ölkə əhalisi hakimiyyətin digər strukturları ilə müqayisədə Prezidentə daha çox etibar edir.
❖ Ölkə başçısının hərbi, siyasi və sosial-iqtisadi sahələrdəki fəaliyyəti ümumilikdə böyük əksəriyyət tərəfindən müsbət dəyərləndirilib. Prezidentin ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahələrindəki fəaliyyəti respondentlərin mütləq əksəriyyəti tərəfindən daha çox müsbət qiymətləndirilir.
❖ 2019-cu ildə keçirilən tədqiqatın nəticələri ilə yeni nəticələri müqayisə etdikdə aydın olur ki, keçən bir neçə ay ərzində Prezidentin müxtəlif sahələrdəki fəaliyyətinə əhalinin münasibəti müsbətə doğru yüksəlib. Digər önəmli məqam odur ki, Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyətini “çox yaxşı” qiymətləndirənlər nəzərəçarpacaq dərəcədə artıb.
❖ Əhalinin gündəlik həyatına birbaşa təsir edən, yaxud təsiri hiss edilən məsələlərin sosial-iqtisadi sahədə korrupsiyaya qarşı mübarizə səviyyəsinin ictimai rəydə qiymətləndirilməsinin nisbətən aşağı olması bu sahənin, eləcə də işsizlik və sosial vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin yaxın dövr üçün dövlətsiyasətinin əsas hədəflərindən biri kimi qalmalı olduğuna dəlalət edir.
❖ 2020-ci ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransındakı çıxışında (“Valday” Beynəlxalq Diskussiya Klubunda Prezidentin çıxışının davamı kimi) Ermənistanın baş nazirini və işğalçılıq siyasətini tarixi həqiqətlərlə ifşa etməsi ictimai rəydə vətəndaşların Prezidentə olan münasibətinə müsbət təsir göstərməklə bərabər, ərazi bütövlüyümüzün bərpa edilməsinə olan inamı da yüksəltmişdir.
❖ Prezidentin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Ermənistanın baş nazirinin növbəti dəfə aciz duruma düşməsi (56.7%), Prezidentin növbəti diplomatik qələbəsi (48.5%), Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni bir mərhələ (44.3%) kimi qiymətləndirilib.
❖ Rəyi öyrənilən respondentlərin əhəmiyyətli bir hissəsi (75,9%-i) dünya neft bazarlarındakı volatillik fonunda valyuta məzənnəsinin sabit saxlanılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri əhəmiyyətli dərəcədə səmərəli hesab edir.
❖ Ölkədə maliyyə-bank sektorundakı sabitliyin təmini ilə bağlı nəticə əsaslı tədbirləri müvafiq olaraq respondenlərin 63,1%-i kifayət qədər səmərəli hesab edir.
❖ Covid-19 pandemiyasının və eləcə də qlobal neft böhranının (neft qiymətlərindəki kəskin eniş) dərinləşdiyi bir dövrdə ölkədə ərzaq təhlükəsizliyi ilə təminat sahəsində reallaşdırılmış genişmiqyaslı işləri vətəndaşlar yüksək dəyərləndirir (87.8%).
❖ Rəyi öyrənilənlərin 87.8%-i müvafiq dövlət qurumlarının sosial-iqtisadi islahatlarla bağlı ictimaiyyəti periodik məlumatlandırmasını səmərəli qiymətləndirir.
❖ 89.2% respondent ölkə Prezidentinin milli genofondun qorunması, sosialsəhiyyəvə sağlamlığın daha da möhkəmləndirilməsi məsələlərinə xüsusi həssaslıqla yanaşmasını, daima diqqət mərkəzində saxlamasını olduqca yüksək qiymətləndirərək bu istiqamətdə dövlət siyasətini təqdir edir.
❖ Respondentlərin mütləq əksəriyyəti (93%) dövlətin koronavirusla bağlı ilkin mərhələdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirərək yetərli sayır.
❖ Respondentlərin böyük əksəriyyəti (87.8%) pandemiyanın mövcud olduğu vəziyyətdə hər hansı problemlə qarşılaşdığı zaman dövlətin onlara dəstək göstərəcəyinə inanır.
❖ Respondentlərin böyük əksəriyyəti pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində atılan addımlara karantin məhdudiyyətlərinin tətbiq edilməsinə, bir sıra qonşu ölkələrlə sərhədlərin bağlanmasına (85.6%), kütləvi tədbirlərin qadağan edilməsinə (84%) tədrisin dayandırılmasına (82.4%) daha müsbət münasibət bildirib.
❖ Ümumilikdə, respondentlərin mütləq əksəriyyəti (92.8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyası ilə həmrəydir.
❖ Respondentlərin əksəriyyəti (88.9%) yerlərdə baş verənlər barədə Prezidentin ümumilikdə məlumatlı olması fikrindədirlər. Lakin nə dərəcədə məlumatlı olub-olmaması barədəki fikri birmənalı deyil – “tam məlumatlıdır” (44.3%) və “qismən məlumatlıdır” (44.6%) cavablarını seçənlərin çəkisi demək olar ki eynidir.
❖ Qeyd etmək lazım gəlir ki, respondentlərin 10%-nin Prezidentin yerlərdə baş verənlər barədə tam məlumatsız olduğunu hesab etməsi düşündürücü məqamdır. Bu nəticəyə əsasən ölkə rəhbərinin çıxışlarında tez-tez vurğuladığı ictimai nəzarətin vacibliyi ilə bağlı fikrinin əhəmiyyətli olduğunu bir daha görə bilərik. Sorğunun nəticəsi bunu da deməyə əsas verir ki, yerlərdə gedən proseslərin və mövcud problemlərin ən yuxarı instansiyalara çatdırılması mexanizmlərinin bir daha nəzərdən keçirilməsinə, təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, vətəndaşların müraciətlərinin müvafiq ünvana çatmaması bu cəhətdən əsas problemlərdən biridir.
❖ Respondentlərin nəzərində Prezidentin yerlərdə baş verənlərlə bağlı məlumatlılığı onun qərar qəbul etməsində əsasən qanunazidd hərəkətlərə yol verən məmurların cəzalandırılmasında (67.5%), korrupsiyaya qarşı mübarizədə (48.7%) və kadr islahatlarında (43.2%) özünü büruzə verir.
❖ Sosial problemlərin həllində və onlara çevik reaksiya verilməsində Prezidentin məlumatlılıq səviyyəsinin mühüm əhəmiyyətə malik olmasını yalnız hər üç respondentdən birinin ifadə etməsi düşündürücü məqam hesab edilə bilər.
❖ Əhalinin böyük əksəriyyəti (81.8%) “tam əminliklə” bu qənaətdədir ki, yerli icra hakimiyyəti başçılarının Prezident tərəfindən vəzifədən azad edilməsində ictimai fikrin birbaşa təsiri var. Bu fikirdə olanların ümumi göstəricisi isə 95.2% təşkil edir. Əhali arasında belə qənaətin yayılması Prezident-vətəndaş münasibəti cəhətdən müsbət səciyyələndirilə bilər.
❖ Ümumilikdə, respondentlərin üçdə ikisindən bir qədər çox hissəsi ölkə rəhbərinin ictimai qınağa səbəb olan məsələlərə reaksiyasından tam razıdırsa, dörddə biri qismən razıdır. Nəticələrə əsasən, insanlar ölkə başçısının özünün fəaliyyətində ictimai rəyə həssas olduğunu düşünür.
❖ İslahatlar və korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yerli icra başçılarına qarşı aparılan əməliyyatlar xüsusilə regionlarda yaşayan vətəndaşlarda müsbət gözləntilərin yaranmasına səbəb olub. Bəzi hallarda vəziyyətin dəyişməyəcəyi, məmur özbaşınalığının davam edəcəyini düşünənlərin belə fikirləri dəyişməkdədir. İnsanlar bu kimi addımları da islahatların əsas qolu kimi qiymətləndirir və bunun davamlı olmasını arzulayırlar.
❖ Həmçinin, Prezidentin etimadını doğrultmayan məmurların bu şəkildə cəzalandırılması onu göstərir ki, islahatlar dönməz və ardıcıl xarakter daşıyır, xalqa xidmət fəaliyyətin yeganə meyarıdır. Eləcə də, qanun qarşısında hər kəs bərabərdir. İnsanlarda da qanunun aliliyinə inam artmaqdadır.
❖ Respondentlərin yarıdan çoxu (54.4%) bu əməliyyatlardan sonra rayon icra hakimiyyəti başçılarının korrupsiyaya yol verməkdən çəkinəcəyini düşünür. Bir o qədər də respondentdə vətəndaşların qanunun aliliyinə inamının artacağı gözləntisi (50.3%) var.
❖ Respondentlərin əksəriyyəti (85%) Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatların Prezidentin imicinə müsbət təsir etdiyini düşünür. Vəzifələrindən sui-istifadə edən məmurların cəzalandırılaraq vəzifədən uzaqlaşdırılması başlanan islahatlara heç kimin mane ola bilməyəcəyini göstərir.
❖ Həyata keçirilən kadr dəyişiklikləri vətəndaşların əsaslı hissəsinin nəzərində Prezidentin nüfuzuna müsbət təsir göstərən əsas amillərdən biridir.
❖ Respondentlərin mütləq əksəriyyəti (91%) son dövrlər yerli icra hakimiyyəti orqanlarına daha gənc kadrların təyin olunmasını bu və ya digər dərəcədə müsbət (75.2% “çox yaxşı”, 15.8% “əsasən yaxşı”) qiymətləndirir.
❖ Respondentlərin əhəmiyyətli hissəsi (63.9%) Milli Məclisin yeni tərkibinin Prezidentin islahatlar kursuna dəstək və töhfə verə biləcəyini düşündüyü halda, 21.1% respondent bu haqda fikir bildirməkdə çətinlik çəkib.
❖ Respondentlər Prezidentin təhlükəsizlik orqanlarında həyata keçirdiyi kadr dəyişikliklərinin ümumi islahatların effektivliyinə (79.5%), milli təhlükəsizliyin gücləndirilməsinə (85.5%), xalqın təhlükəsizlik orqanlarına olan inamına (81.9%) müsbət təsir edəcəyi fikrindədir.
❖ “Hansı sahədə daha çox islahatlara ehtiyac var?” sualına verilən cavablara əsasən deyə bilərik ki, icra hakimiyyəti (53.7%) və məhkəmə (45.7%) hakimiyyətində islahatların olması əhali tərəfindən ən çox ehtiyac duyulandır. İcra hakimiyyəti sahəsində islahatların vacibliyini deyənlər içərisində icra hakimiyyətinə etibar etməyənlər üstünlük təşkil edir. Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir.
❖ Respondentlərin təxminən yarısının məhkəmə sahəsində də islahatların zəruriliyini bildirməsi bu istiqamətdə də islahatların aparılmasının vətəndaşların gözləntisində olduğunu göstərir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmələrə etibar əhali arasında o qədər də yüksək deyil (49%). Bu iki fikir arasındakı əlaqəyə baxdıqda aydın olur ki, məhkəmələrdə islahatların olmasını istəyənlər içərisində məhkəmə orqanlarına etibar etməyənlər üstünlük təşkil edir.
❖ Digər iki sahə ilə müqayisədə respondentlər qanunverici sahədə (24.5%) islahatların vacibliyinə daha az ehtiyac duyur. Bu, qanunverici hakimiyyətdə köklü islahatların 2020-ci ildə aparılması ilə bağlı ola bilər. Həmçinin, respondentlərin əhəmiyyətli hissəsi parlamentin yeni tərkibinin Prezidentin islahatlar kursuna dəstək verəcəyi fikrindədir. Bu məqam da, yuxarıda vurğulandığı kimi, ictmai rəydə parlamentin yeni tərkibi ilə bağlı gözləntilərin olması ilə izah edilə bilər.
❖ Rəyi soruşulanların 77.6%-nin nəzərində “Prezidentin çıxışlarında bütün hakimiyyət təmsilçilərinə xalqa xidmət etməyi və xalqa yaxın olmağı tapşırması” ölkə başçısının nüfuzuna “ən çox təsir” göstərən amil kimi irəli çıxır ki, bu da məmurların cəzalandırılması və kadr dəyişikliklərinin vətəndaşlar üçün yüksək əhəmiyyət kəsb etdiyini göstərir.
❖ Təsir dərəcəsinə görə növbəti pillələrdə “xalqa xidmət etməyən məmurlara qarşı qətiyyətli davranışı” (71.8%), “xalqın içərisində olması” (71.6%) və “sadə və təvazökar olması” (71.3%) amilləri dayanır.
❖ Respondentlərin mütləq əksəriyyəti (94.2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir. Ölkə başçısının bir çox tədbirlərdə, görüşlərdə olan davranışları, səmimi ünsiyyəti, insanları sonadək dinləməsi vətəndaşlarda bu fikri formalaşdırır.
❖ 2020-ci ilin birinci rübündə vətəndaşların Prezidentə olan inam və etimadının dinamikasına baxdıqda aydın olur ki, bu istiqamətdə yüksəlmə var. Belə ki, STM tərəfindən 2019-cu ildə keçirilən “Prezidentin fəaliyyəti ictimai rəydə” İnam İndeksində oktyabr ayı üzrə bu göstərici 54.6% idisə, mart ayında bununla müqayisədə göstərici 58.1%-dir. Ümumilikdə 2020-ci ilin mart ayına olan göstəricilərə əsasən deyə bilərik ki, respondentlərin mütləq əksəriyyəti (94.5%) ölkə başçısına inanır və etimad göstərir.
❖ Vətəndaşlar Prezidentin fəaliyyəti ilə bağlı məlumatları televiziyadan (81.1%) və sosial şəbəkələrdən (41.7%) alırlar. Prezident.az saytından (7.3%) və Prezidentin sosial şəbəkə hesablarından (8.4%) istifadə göstəricisi o qədər də yüksək deyil. Respondentlərin demoqrafik təhlili göstərir ki, hər iki ünvana ali təhsilli şəxslər və Bakıda yaşayanlar daha çox daxil olur.
❖ Vətəndaşların digər sosial şəbəkələrdən deyil, birbaşa mənbənin özündən Prezidentin sosial şəbəkə hesablarından məlumat alması daha düzgün informasiyaya çıxış baxımından səmərəli sayıla bilər.
Xəbərin oxunma sayı : 1624
Siyasət
Xəbərlər
-
Bakının bu kəndində yol bağlanır - Sürücülərə xəbərdarlıq
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı - FOTO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıda restoran 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO
-
“Formula -1 Azərbaycan” qran-prisinə görə bəzi parklanma yerləri bağlandı - VİDEO
-
Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı - FOTO
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəbi bu ola bilər
-
Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz - Bu halda
-
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı - Yeni siyahı
-
Pezeşkian Nyu-Yorka gedir - ABŞ-dan qəribə qadağa
-
Magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir - Xəbərdarlıq
-
Türkiyə dönərə “qadağa” qoydu - Azərbaycanda vəziyyət necədir?
-
Husilər Səudiyyəyə hücumu genişləndirir - Məkkə ilə Mədinə gündəmdə
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz“
-
Xocavənd rayonunda nə qədər insan yaşayır? - Açıqlama
-
Putindən sonra Rusiyanı kim idarə edəcək? - 7 namizəd
-
Keçmiş baş nazirdən şok iddia: “20 milyon əhalimiz qalıb!“
-
“Asiyada əvvəlki Amerika nizamı çöküb, yeni regional nizam yaratmaq lazımdır” - Qalibaf
-
Matviyenko ona məğlub oldu - Gizli yazışmalar üzə çıxdı
-
F-35-lərə aid məxfi texnologiya oğurlanıb? - Araşdırma başlayıb
-
Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı
-
Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı (VİDEO)
-
Hansı ölkədə alınan mənzilin pulunu neçə ilə “çıxarmaq” olur? - Siyahı
-
Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?
-
Almaniyada iki əyalətdə seçki keçirilir - Mertsin gələcəyi təhlükədə
-
Millidən kənarda qalan qapıçı “od püskürdü“ - “Bu, onunla əlaqəli söhbət deyil“
-
İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB
-
Bakıya yağış, rayonlara dolu - Sabahın havası
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN (VİDEO)
-
Si Cinpinlə bağlı müəmmalı məqam: BRICS şam yeməyinə son anda qatılmadı
-
PSJ rəhbəri ilə bağlı Parisdə araşdırma başladı - Səbəb nədir?
-
İran ilə ABŞ arasında danışıqlar davam edir - Əraqçi
-
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
Ceyhun Bayramov Nyu Yorka getdi - Baş Assambleyanın 81-ci sessiyasında iştirak edəcək
-
Trampın iqamətgahı üzərində həyəcanlı anlar: “F-16“ qırıcısı mülki təyyarəni ələ keçirdi
-
“Əsrin müqaviləsi“nin imzalanmasından 32 il ötdü
-
Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
-
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş - Açıqlama
-
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
-
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
-
Putin gizli səfərbərliyə hazırlaşır - Avropa liderləri
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Ər-Riyad hücuma məruz qaldı: Şəhəri qara tüstü dumanı bürüdü
-
“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb” - VİDEO
-
Yamal Mbappe və Keynə söz atdı - Dünya futbolunda “Qızıl top” savaşı
-
Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır
-
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
-
“Vardanyan və Harutyunyanla bağlı iddialar həqiqəti əks etdirmir” – Ombudsman
-
ABŞ və Danimarka razılığa gəldi - Qrenlandiya ilə bağlı
-
Bu şəxslərə orden və medallar verildi - SİYAHI
-
TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
TDT-nin təsirli beynəlxalq faktora çevrilməsi xalqlarımızın ortaq marağına xidmət edir
-
Sevda çimərlik geyimində görüntülərini paylaşdı - VİDEO
-
Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı
-
Yeni dərs ili başlayan kimi əmək müqaviləsinə xitam verildi - VİDEO
-
Formula 1 zamanı şəhərin mərkəzindəki bu yollar açıq olacaq - SİYAHI
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Təhlükəsizlik və sabitlik türk dünyasının inkişafının əsas şərtidir
-
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
-
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb - TƏFƏRRÜAT
-
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
-
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
-
Nazirlik iki kənddə məktəb tikəcək - 13,8 milyon manat ayrılıb
-
Türk dünyasının yüksələn gücü və Azərbaycanın strateji mövqeyi
-
Bakıda bu məktəblər onlayn tədrisə keçir-Siyahı
-
Afra Saraçoğlunun adı narkotik istintaqında - Aktrisa danışdı
-
Fransanın Azərbaycanla bağlı xəbərdarlığına - Rəsmi Bakıdan reaksiya
-
Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır - Nazirlik məlumat yaydı
-
Azərbaycanda abortların sayı rekord səviyyəyə yüksəlib - Son 18 ilin statistikası
-
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Aqrarkredit”in 10 milyonluq əmlakı hərracda - Üçü ucuz qiymətə satıldı
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
-
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - RƏQƏMLƏR
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları
-
Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ
-
Bu işlə məşğul olan vətəndaşların nəzərinə - Əlavə pul alacaqsınız
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
-
Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü
-
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
-
Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? - SİYAHI
-
Ayxan Abbasov millinin heyətini açıqladı - Kimlər çağırıldı?
-
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
-
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq - YENİ QANUN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
-
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
-
İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? - VİDEO
-
Evlərinə tez çatmaq üçün düz xətti qırıq-qırıq xəttə “çevirdilər” – Video
-
Beyləqanda kənd təsərrüfatı ilə bağlı monitorinq keçirilib - Fotolar
-
Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı
-
Sabahdan Bakıda mərkəzi yollar bağlanır - SİYAHI
-
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
-
Kadırovun oğlunun çıxışı müzakirələrə səbəb oldu - VİDEO
-
Almaniyada terror aktı cəhdi: İraq vətəndaşının planı üzə çıxdı
-
Bakıda qızları tora salan “SEHİRLİ ŞAMLAR“ - İnanc, yoxsa pul tələsi
-
“Evsiz-eşiksiz qaldım“ - Məhkəmənin qərarı niyə icra olunmur?
-
Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Bərpa olunan enerji sahəsində yeni mərhələ başlayır - VİDEO
-
Prezidentin Şamaxı rayonuna səfəri ilə bağlı paylaşım olunub - VİDEO
-
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
-
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
-
Şagirdlər axşama qədər məktəbdə qalır - Valideynlərdən NARAZILIQ
-
Metronun “Həzi Aslanov“ stansiyasında aparılan yenidənqurma işləri yekunlaşır - VİDEO
-
Əli Nağıyev Qazaxıstanda: “Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və...“
-
Ekspres avtobuslara minənlərin sayı açıqlandı - VİDEO
-
Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR
-
Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
-
Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər - Müzakirə olundu
TOP 10
ARXİV






