“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Banklar 9 ayda 4,2 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb – Mərkəzi Bank

Tarix 20.11.20, 19:26

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-sentyabr aylarında da manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq hökumətin və AMB-nin birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib ki, bu da pandemiya ilə əlaqədar olaraq xarici iqtisadi əməliyyatların zəifləməsi ilə bağlı olub.

9 ay ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların dəyəri ötən ilin eyni dövrünə nisbətən 4,1% artaraq 18,7 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86,7%-i ABŞ dollarında, 13,3%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 36,2%-i banklararası valyuta bazarında, 63,8%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Yanvar-sentyabrda BVB-də əməliyyatların 99,3%-i ABŞ dollarında, 0,5%-i avroda, 0,2%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının dəyəri 11,2 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 79,4%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib.

Hesabat dövründə BDVB-də valyuta əməliyyatlarının 93,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların dəyəri illik müqayisədə 2,6% azalaraq 4,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 3,7 milyard ABŞ dollarını və yaxud 88,1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Son bir neçə ayda nağd xarici valyutanın xalis satışı (satışlardan alışlar çıxılmaqla) sabitləşib.



Xəbərin oxunma sayı : 403




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap