Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Paşinyanın üzüm sevinci 48 saat çəkdi və ermənilər İrəvan - Mehri yolunu bağladılar (Fotolar)

Tarix 12.10.19, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda vəziyyət gərgin olaraq qalır. Oktyabrın 12-dəvayots Dzor vilayətinin Axavnadzor kəndinin sakinləri İrəvan-Mehri magistralını bağlayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Onlar üzümün alış qiymətinin aşağı salınmasına etiraz olaraq ayağa qalxıblar. Kənd sakini Usik Saakyan deyib ki, aksiyada 150-dən çox adam iştirak edib. Onlar bildiriblər ki, keçən il zabvod onlardan xüsusi üzüm sortunu 470 drama (1 ABŞ dolları-red.) götürdüyü halda, bu il qiymət yarıbayarı (225 dram) azaldlıb. Bu səbəbdən onlar Armavir vilayətinə üz tutmaq məcburiyyətində qalıblar. Kəndlilər məhsulu heç olmasa 300 drama satmağa razılaşsa da, onları eşidən olmayıb. Yerli əhali hökumətin onlarla baraqlanacağını güman etsə də, hələlik heç kim onlarla görüşməyib. Bu səbəbdən etirazçılar mərkəzi yolu bağlamağa və hərəkəti dayandırmağa qərar verib. Yalnız bundan sonra administrasiya rəhbərliyi onlarla gələn həftənin ilk günü görüşəcəyini vəd edib. Bundan sonra etirazçılar evlərinə dağılışıb. Lakin təşkilatçılardan biri Taron Stepanyan deyib ki, tələbləri müsbət həll olunmasa, onlar yolda hərəkəti yenidən dayandıra bilərlər.

Maraqlısı budur ki, 10 oktyabrda baş nazir Nikol Paşinyan üzümün alışından məmnun qaldığını demişdi. Bildirmişdi ki, ötən illərdən fərqli olaraq, bu mövsüm ölkədə üzümün alışı ilə bağlı problem və səs-küy yoxdur. Paşinyan demişdi ki, bu məsələ ilə bağlı narahatlıq və hökumətə yönəlik mesajlar haqda eşitməyib. “Bununla bağlı hamını təbrik edirəm. Bu, çox ciddi uğurdur, inanıram ki, bundan sora da belə olacaq”, deyən Paşinyanın sevinci cəmi 48 saat çəkib. Budur, Ermənistan vətəndaşları üzümün qiymətinə etiraz olaraq küçələrə axışır.







Xəbərin oxunma sayı : 676




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap