![]() |
|














Paşinyanla “Qarabağ klanı” arasında gərginlik – “Ermənilər özləri bir-birini qırmağa başlayacaq”
Tarix 24.05.19, 16:09 |
|

Ermənistanda indiki baş nazir Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsilə “məxməri” deyilən inqilabdan keçən bir ildən sonra daxili-siyasi çarpışmanın sürdüyünə təəccüblənməyə dəyməz. Amma yeni Ermənistan hökumətinin tanınmamış Dağlıq Qarabağda inqilab etmək, Paşinyanın ürəyinə yatmayan adamları götürmək hədəsi açıq nonsens görünür ki, bu da, şübhəsiz, DQR (mətndə belədir-tərc.) və ER ermənilərinin arasına parçalanma gətirir.
Bu arada, inqilabi yolla hakimiyyətə gələn baş nazir Paşinyan, az qala, and içir ki, Ermənistan Azərbaycandan qopan və heç kimin tanımadığı müstəqilliyi elan edən ərazinin “təhlükəsizlik zəmanəti” olaraq qalacaq.
Nədən Ermənistan hökumətinin DQR-ə (mətndə belədir-tərc.) inqilab ixracıyla bağlı bu qədər “əli qaşınır”? Paşinyanın opponentləri – Ermənistanın keçmiş birinci şəxsləri Serj Sərksyan və həbsə atılmış Robert Koçaryanın tərəfdarları burada “daldalandığına” görə. Sonuncu haqda aşağıda geniş danışacağıq. Bir sözlə, DQR özünün hər iki eks-prezidentin təmsil etdiyi “Qarabağ qəbiləsi” deyilənləri ilə Ermənistanda “əks-inqilab ocağı” sayılır.
Demək artıqdır ki, Ermənistanda hakimiyyəti ələ keçirməklə siyasi dəyişikliklər Qarabağda, yumşaq deyilsə, sevinclə qarşılanmayıb. Tanınmamış respublikanın fəaliyyətdəki və keçmiş başçıları – Bako Saakyan və Arkadi Qukasyan – hətta “sırtıqlaşaraq” Robert Koçaryanı müdafiə ediblər. Onlar keçmiş prezident haqda həbs qətimkan tədbirini dəyişmək xahişi məktubu ilə ER-in Baş Prokurorluğuna müraciət edərək vurğulayıblar ki, onu azad etmək təkcə Ermənistan cəmiyyəti üçün deyil, həm də onun düşməni, yəni Azərbaycana birlik və həmrəylik siqnalı olacaq. Amma Baş Prokurorluq rədd cavabı verib.
Paşinyan isə ciddiliklə deyib ki, Dağlıq Qarabağ hökuməti Ermənistanın işlərinə qarışa bilməz, çünki ölkə suveren və müstəqildir. Baş nazir dəqiqləşdirməyib ki, onda Ermənistan niyə “suveren və müstəqil” DQR-in daxili işlərinə qarışır və bununla yanaşı, hələ israr edir ki, sonuncunun təmsilçisi müstəqil vahid kimi Qarabağ münaqişəsini tənzimləmək üzrə danışıqlara qatılsın, Azərbaycan isə buna qarşı çıxır.
Bu arada Saakyan və Qukasyan Baş Prokurorluğa məktubun uğursuzluğundan sonra konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident haqda cinayət işinin dinləmələrində iştirak edib və Koçaryanın xeyrinə zaminlik və girov (haradasa, 1000 dollar) təqdim ediblər.
Politoloq Stepan Səfəryan “Sputnik” portalına Saakyan və Qukasyanın hərəkətinin Paşinyanla razılaşdırıla biləcəyini deyərkən, sanki fala baxırmış. O deyib ki, əks halda məhkəmə Qarabağ liderlərinin zaminliyini dinləmək qəsdilə iclası uzatmazdı. Və Koçaryan ötən istirahət günlərində İrəvanın birinci məhkəmə instansiyasının qərarıyla azadlığa çıxıb.
Yəni Koçaryanın azad edilməsi (uzun müddətəmi, axı iş bağlanmayıb?) hər halda planlaşdırılıb, amma məlum edilməyib, yüksəkməqamlı qarabağlıların zəmanəti isə Paşinyana “simasını xilas etmək”də yardım olub.
Politoloq baş nazirin keçmiş prezidenti azad etməyə niyə gedə bildiyindən danışanda ehtimal edir ki, ona qarşı qaldırılan cinayət işi sonadək düşünülməyib, uyğun olaraq bunun sonunu sezmək hətta hökumətə də çətindir. O deyib: “İstintaq yeni şərait və yeni müttəhimlərin meydana çıxa biləcəyi bir neçə il uzana bilərdi”.
Amma Paşinyanın Koçaryana “acımasının” ikinci səbəbi daha sadə ola bilər: Ermənistanda məhkəmələrin “ədalətsizliyi” və uyğun “korrupsiyalaşmış sistemə cərrahi müdaxilənin” gərəkliyi ilə bağlı hay-küy salmaq. Koçaryan azad ediləndən əlüstü sonra isə öz tərəfdarlarını məhkəmələri çevrələməyə çağırıb, onlar da bunu ediblər, sonra istənilən effekt əldə edilərkən mühasirəni götürməyi əmr edib. O, bütün bu qarışıqlığın içində iki erməni xalqı, yəni qarabağlılar və ER sakinləri arasına parçalanma salmağı arzulayan “konkret güclər” haqda xalqı məlumatlandırıb.
Baş nazir iddia edir – bu güclər “Ermənistan hökumətinə və baş nazirə qarşı təbliğat üçün şəxsi əlaqələrindən yararlanırlar”. Ümumiyyətlə, “sui-qəsd var” və Paşinyan “sərt tədbirlər görməyə” söz verir.
Yeri gəlmişkən, başqa bir keçmiş prezident – Serj Sərksyan da arabir Stepanakertə (Xankəndinə-tərc.) gedir və burada onu daş-qalaq etmirlər: əlbəttə, İrəvandakı indiki hakimiyyət istərdi ki, daşlasınlar, axı bu, onun xalq tərəfindən “qəbul edilmədiyinin” əlaməti olardı.
Hər şeylə yanaşı, DQR Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanın ATƏT Minsk Qrupu həmsədrləri və Ermənistan və Azərbaycan liderlərinin iki ölkənin əhalisini barışa hazırlamağın gərəkliliyi haqda sözlərinə kinayəli atmacası Ermənistanın “yuxarıları”nda gözdən yayınmayıb. Önəmi az olmayan bir ayrıntını qeyd edək: Təhlükəsizlik Şurasının “lağ edən” katibi DQR-də qarşıdakı prezident seçkilərinə qatıla və böyük ehtimalla, qalib gələ bilər. Bu, Ermənistan hökuməti üçün yaxşı olmayacaq. Deməli, buna yol verməmək üçün tələsmək gərəkdir.
Baş nazir Paşinyan Qarabağa may səfəri haqda “təəssüratlar”ını bu yaxınlarda Facebook-da bölüşüb. O yazıb: “Bəziləri Artsaxı (DQR-i) əks-inqilab ocağına çevirməyə çalışırsa, onda Artsax xalqı oranı inqilab ocağına çevirər”.
Ailəsinə məxsus “Aykakan Jamanak” (“Erməni zamanı”) qəzetində dərc edilmiş məqalədə isə birbaşa çağırış var. Təkcə “Artsaxda inqilab baş verməlidir” başlığı nəyə dəyməz. Odur ki, Ermənistanda nüfuzunu itirmiş “qisasçılar” korrupsiyanın kökünün kəsilməsi, monopoliyalarla mübarizəni istəmir, çünki DQR-də də öz nüfuzlarını itirməkdən qorxurlar. Nəşr hesab edir ki, onlar, ümumiyyətlə, əhaliyə düşüncə aşılamağa çalışırlar ki, Dağlıq Qarabağ Qərbə can atan Ermənistandan maksimal aralanmalıdır ki, Rusiya tərəfdən “sərt hərəkətdən” yayınsın. Bir sözlə, hazırlanan “məxməri çevriliş”in altına ona “haqq qazandıran” özül döşənir. Bu qayda ilə Ermənistanın Dağlıq Qarabağın “təhlükəsizlik zamini” kimi çıxış etdiyini söyləmək, sadəcə, qeyri-ciddidir. Və əgər hərbi gərginliyi dayandırmaq xatirinə, barış və sabitlik adına, ümumiyyətlə, əhali və “özününkülərin”, yəni ermənilərin yaşadıqları bapbalaca ərazinin faktiki hakimiyyəti ilə razılaşmağı bacarmayıbsa, bəs Azərbaycandakı “yadlar”la necə sazişə gələcək?
Yeri gəlmişkən, Bakı və İrəvan arasında Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar Stepanakerti (Xankəndini-tərc.) güclü gərginliyə salır: çoxları Paşinyan və komandasının “gizli oyunlar”ından şübhələnir. Başqaları isə hesab edirlər ki, İrəvanda ümumən tənzimlənmənin necə və hansı şərtlərdə mümkünlüyü görüşü yoxdur. Yəni Ermənistan paytaxtında Qarabağ üzrə dəqiq siyasət yoxdur. Və hətta bu, meydana çıxarsa, Ermənistanın yeni hökumətinin DQR-ə münasibətdə inqilabi əhvali-ruhiyyəsini nə Qarabağın əhalisi, nə hökuməti bölüşəcək – eynilə tənzimləmə üzrə hüquq səlahiyyətli (birdən oldu!) planı da.
Politoloq Manvel Sərkisyanın “Sputnik” portalına təsdiq etdiyi kimi, “İndiyədək Ermənistan cəmiyyətində tənzimlənmə ssenarisinə nisbətdə vahid mövqe yoxdur. Bəziləri əzbərləyib – “heç bir qarış torpaq da”, başqaları, əksinə, güzəştlərin gərəkliyindən danışırlar… Hüquq və məsuliyyət barədə Ermənistanda son dərəcə bərbad təsəvvürlər var, hər şeyi şübhə altna almağa və dəyərsizləşdirməyə o qədər alışmışıq ki, istənilən sağlam düşüncəni süngüylə qarşılayır və şübhəyə məruz qoyuruq”.
Ehtimal ki, belə də var – həm sağlam düşüncə planında, həm də Dağlıq Qarabağda yeni, Paşinyanın ürəyinə yatan hakimiyyət qurmaq qəsdilə inqilab barədə açıq təhdid kontekstində. Axı DQR-də istənilən gərginlik təkcə tanınmamış respublikanın deyil, Ermənistanın özünün də təhlükəsizlik sistemini zəiflədər. Bunu hətta indi Stepanakertin (Xankəndi-tərc.) və İrəvanın hakimiyyət təmsilçiləri arasında söz atışması da zəiflədər. Sonuncu, çox ehtimal ki, Təhlükəsizlik Şurasını katibi Balasanyanın “əhvali-ruhiyyəsindən” daha çox qorxur, çünki hər şeyin nisbi olduğu nəzərə alınmaqla Serj Sərksyanın daşıdığı nüfuzdan salan materiallar onun dalınca dartınmayacaq. Güman etmirəm ki, o, indiki durumda Paşinyana və Ko-na fəal müqavimət göstərməyə və onlara qarşı siyasi qisas səviyyəsində “ideoloji təxribat” təşkil etməyə qabil olar. Əslində, DQR-in onun hətta heç bir qəbuedilməz rəhbərliyinə qarşı qoymamalı olduğu haqda anlayışı olmayan Ermənistan hökuməti məhz bundan da, yəni qisasdan qorxur. Əks halda ermənilər özləri bir-birini qırmağa başlayacaq, Bakıda isə sakitcə qurtum-qurtum qəhvə içərək qonşuların haqq-hesab çəkməyinin sonunu gözləyəcəklər.
İrina Corbenadze
rosbalt.ru, 22.05.2019
Tərcümə Strateq.az-ındır.
Xəbərin oxunma sayı : 346
Analiz
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV