“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Pezeşkian bu tarixdə Azərbaycana gəlir - 120 nəfərlik heyətlə

Tarix 18.04.25, 16:04

Font ölçüsü : - / +
bitmap-img6


İran Prezidenti Məsud Pezeşkian aprelin 27-də Azərbaycana səfər edəcək.

AzFakt.com “Trend”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen Hökumət və Özəl Sektor Dialoqu Şurasının iclasında açıqlayıb.

Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət heyətdə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən 4 vilayətin valisi yer alacaq.

Pirmoəzzen əlavə edib ki, səfər çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və özəl sektorun nümayəndələrinin növbəti səfərlərinin planlaşdırılması nəzərdə tutulub.

Palata rəsmisi qeyd edib ki, İran və Azərbaycan arasında körpünün istifadəyə verilməsi (Ağbənd-Kəlalə) ilə iqtisadi əməkdaşlıq daha da inkişaf edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan mediasında İran liderinin ölkəmizə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.



Xəbərin oxunma sayı : 439




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap