Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Prezident İlham Əliyev Olaf Şoltsla görüşdü - Davosda

Tarix 21.01.25, 19:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Almaniya Kansleri təyyarə qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlanıb.

Azərbaycan Prezidenti ilə Olaf Şoltsun əvvəlki görüşləri və aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Kansler Almaniyanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəklədiyini bildirib.



Xəbərin oxunma sayı : 1435




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap