“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Prezident Administrasiyası işə qarışıdı – “Amay Abdulla” ilə bağlı qalmaqal nəzarətə götürüldü

Tarix 20.08.19, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


“Amay Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayev qalmaqal yaşayan Binəqədi rayonu, Atatürk prospekti 30/78A ünvanında yerləşən binanın sakinləri Prezident Administrasiyasına (PA) olublar. 

Bu barədə “Yeni Sabah”a məlumat verən bina sakini Müşfiq Nəcəfov bildirib ki, PA-da onlara problemlərinin qısa müddətdə həllini tapacağını deyiblər. “Bizə dedilər ki, narahat olmayın, məsələ tezliklə araşdırılacaq və problem həllini tapacaq. Biz ümid edirik ki, dövlət qurumları ədalətli mövqe sərgiləyəcək və biz tezliklə bu qalmaqaldan yaxa qurtara biləcəyik”,- deyə Müşfiq Nəcəfov əlavə edib.

O həmçinin qeyd edib ki, Abdulla Abdullayev müxtəlif üsullarla fəal sakinləri zəzərsizləşdirməyə çalışır. Xüsusilə Müşfiq Nəcəfov və Elman Abbasov hədəfdədirlər. “Gah bizi məhkəməyə verir, gah prokurorluğa, gah da polisə şikayət edir. Absurd ittihamlarla bizi qarlamağa çalışır. Lakin biz bu təzyiqlərdən çəkinmirik. Biz heç bir qanunsuz iş görmürük. 

Bina 2002-ci ildə inşa edilib, 2015-ci ilə qədər gözləmişik lakin yarımçıq qalmış işlər başa çatdırılmayıb. Abdulla Abdullayev özü də ortalıqda görünməyib. Nəhayət qərara gəlmişik ki, yarımçıq qalan işləri öz vəsaitimiz hesabına tamamlayaq. Xeyli iş görmüşük bina demək olar hazır vəziyyətə gətirilib. İndi Abdulla Abdullayev binaya sahib çıxmaq istəyir. Biz buna imkan verməyəcyik. Biz dövlətə, onun qanunlarına və qanunların qarantı olan Prezident İlham Əliyevə güvənirik”.




Xəbərin oxunma sayı : 268




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap