Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Prezident təqdimat verdi: hansı bələdiyyələr birləşdiriləcək?

Tarix 23.02.24, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub.

AzFakt.com xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanunverici orqanın fevralın 23-də keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”.

S.Novruzov bildirib ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında”dır: “Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”(Report).



Xəbərin oxunma sayı : 415




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap