“Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO Pərvinin ilham verən saç modelləri... - FOTOLAR “Efirdə daha qəşəng görünürəm“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 19 Yanvar 2022

    “Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva

  • / Maqazin / — 15 Yanvar 2022

    Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 08 Yanvar 2022

    Pərvinin ilham verən saç modelləri... - FOTOLAR

  • / Maqazin / — 07 Yanvar 2022

    “Efirdə daha qəşəng görünürəm“ - Aygün Kazımova

  • / Maqazin / — 04 Yanvar 2022

    Afaq yenə soyundu – FOTOSESSİYA

  • / Maqazin / — 25 Dekabr 2021

    Pərvin mini ətəkdə elə poz verdi ki...- FOTOLAR

Prokuror Dövlət Xidmətinin sabiq rəisinə 12 il həbs tələb etdi - Məhkəmə prosesi

Tarix 30.11.21, 21:44

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

AzFakt.com Report-a istinadla xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Prokuror çıxışında Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Eyni zamanda, dövlət ittihamçısı Mədəniyyət Nazirliyi tərəfindən təqsirləndirilən şəxsə qarşı əlavə olaraq qaldırılan 5 milyon 327 min 900 manat dəyərində mülki iddianın təmin olunmasını tələb edib.

Növbəti proses dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 772

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap