Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Putindən Şoyquya əmr: Xüsusi təyinatlılar əraziyə yığılır

Tarix 16.03.24, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya son həftələrdə Ukrayna tərəfinin Rusiya sərhədini keçərək Belqorod və Kurska intensiv hücumlarla əlaqədar olaraq həmin bölgələrdə xidmət edən çağırışçıların xüsusi təyinatlılar və müqaviləli əsgərlərlə dəyişdirilməsini əmr edib.

AzFakt.com xəbər verir ki, Putin çağırışçılardan ibarət qoşunların dövlət sərhədindən ikinci və üçüncü eşelonlara geri çəkilməsi və onların müqaviləli əsgərlər, könüllülər və xüsusi təyinatlılarla əvəzlənməsi barədə qərar qəbul edib.

Teleqram kanalında jurnalist Pavel Zarubin döyüşlərin görüntülərini nümayiş etdirərək bildirib ki, Şoyqunun məlumatına görə, Ukrayna qoşunları Belqoroda çatmağı və orada öz ölkələrinin bayrağını sancmağı planlaşdırırlar:

"Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 11-də Ukrayna qüvvələri 5 istiqamətdə sərhədi keçməyə cəhd edib, lakin onların qarşısı alınıb. 

Son bir həftədə Belqorod və Kursk vilayətlərində Ukrayna hərbçilərinin sərhədi yarmaq cəhdləri  intensivləşib", - o bildirib.

Rusiya  Müdafiə Nazirliyinin məlumatına görə, martın 12-dən 15-dək bütün hücumlar Rusiya FTX (FSB) sərhəd xidmətinin bölmələrinin səyi nəticəsində dayandırılıb. 

RF prezidenti Putin hücumları ilə bağlı deyib ki, Ukrayna bu hücumlar zamanı 2500-dən çox şəxsi heyət, 35 tank və 40-a yaxın zirehli döyüş maşını istifadə edib, lakin cəhdlər uğursuz alınıb. 



Xəbərin oxunma sayı : 391




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap