“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Putinin üçüncü qızı da var? - Yelizaveta Rozovanı Rusiya prezidentinə hansı tellər bağlayır?

Tarix 26.02.21, 15:19

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 24-də ABŞ-ın GQ jurnalı Yelizaveta (Luiza) Rozova adlı qızla müsahibə dərc edib. Onun Rusiya prezidenti Vladimir Putinin üçüncü qızı olması barədə ehtimallar irəli sürülüb.

Rozova “Putinə oxşadığını hesab edirmi” sualına Rozova belə cavab verib: "Onun yeniyetməlik fotolarına baxsanız, bəli oxşarlıq var. Amma məlumdur ki, Vladimir Vladimiroviçə çox oxşayan çox sayda insanlar var”.

Ötən il “Proyekt” müstəqil təhqiqat saytı bu qız və onun Sankt Peterburqda iş adamı olan anası Svetlana Krivonogix haqqında yazmışdı. Pasportda “Vladimirovna” olan Luiza sözügedən materialın dərc olunduğu günü “həyatı dəyişən gün” adlandırmışdı.

Təhqiqat materialının dərcindən dərhal sonra "Instagram"-dakı fotolarını niyə silməsi barədə suala Luiza “şəkillərin yayılmasını istəmədiyini” deməklə cavab vermişdi. Luiza demişdi ki, o həyatda hər şeylə bir az maraqlanır və incəsənət və mədəniyyət menecmenti ixtisası üzrə təhsil alır.

Açıklama yok.

“Proyekt” noyabrın 25-də dərc olunmuş məqaləsində Rusiya prezidentinin köhnə dostu Svetlana Krivonogixdən yazır.

Məqaləyə deyilir ki, hazırda milyarder olan bu qadın 2003-cü ildə prezidentə fenomal şəkildə bənzəyən qız uşağı dünyaya gətirib və bundan sonra Putinin dostları bu ailəyə himayə göstərməyə başlayıblar. Kremlin sözçüsü Dmitri Peskov bu təhqiqatı “epistolyar janr” və “təxribat” adlandırmışdı.

Luiza Rozovanın Rusiya prezidentinin guya üçüncü qızı olması barədə iddia Aleksey Navalnının Antikorruopsiya Fondunun “Putin üçün saray” filmində də səsləndirilir. Vladimir Putinin sonradan boşandığı Lyudmila Putina ilə nikahdan iki qızının olması deyilir.

Ehtimal olunur ki, bunlar Mariya Vorontsova və Katerina Tixonovadır.Putin bu qadınların onun qızları olduğuna dair iddiaları nə təkzib, nə də təsdiq edir. (azadliq.org)



Xəbərin oxunma sayı : 781




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap