Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Tarix 11.03.24, 12:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də rəsmi qarşılanma mərasimi olub.

President.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib.

Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.







Xəbərin oxunma sayı : 406




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap