Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Qiyabi təhsil alan tələbələrə də təhsil krediti verilə bilər - Rəsmi

Tarix 24.06.22, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Qiyabi təhsil alan tələbələrə də Təhsil Tələbə Kreditlərinin verilməsi barədə təklif irəli sürüləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 saylı Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi” Qaydasına görə, Təhsil tələbə krediti Universitetlərin, bakalavriat, magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə şamil edilir.

“Sözügedən qaydalara qiyabi təhsil alan tələbələrə də Təhsil Tələbə Kreditlərinin verilməsi barədə əlavələr edilməsi məqsədilə Fondun idarəetmə orqanı olan Himayəçilik Şurasının iclasında təklif irəli sürüləcəkdir. Təklif qəbul olunarsa, bu barədə müvafiq qayda mətbuatda və sosial şəbəkə hesablarımızda paylaşılacaq”, - deyə əlavə edilib.

Xatırladaq ki, Təhsil Tələbə Kredit Fondu krediti təhsil haqqının ödənilməsi üçün verir. 2021-ci il oktyabr ayından təhsil tələbə kreditlərinin verilməsinə başlanılıb və bu günə qədər altı mindən çox tələbə təhsil krediti alıb.



Xəbərin oxunma sayı : 745




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap