Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qohumunun 55 min manatını oğurlayan şəxsi saxlanılıb – BŞBPİ məlumat yaydı

Tarix 22.03.20, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində martın 20-də evlərdən birindən 63 min manat nağd pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı “102” xidməti – zəng mərkəzinə müraciət daxil olub. 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Astara rayon sakini, 1986-cı il təvəllüdlü G.Həsənova kirayə yaşadığı evdən axşam saatlarında bibisi oğluna məxsus pulun naməlum şəraitdə oğurlanmasını bildirib.

Daxil olan müraciət üzrə dərhal DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xəzər RPİ Cinayət-Axtarış şöbəsi və 1-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1985-ci il təvəllüdlü E.Nəcəfov müəyyən olunaraq tutulub.

İlkin arşadırmalarla məlum olub ki, evdən 63 000 yox, 55 500 manat pul oğurlanıb. Davam etdirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə oğurlanan vəsait tam həcmdə aşkarlanaraq olunaraq, zərərçəkmişə qaytarılması təmin olunub. Oğurluqda şübhəli bilinən şəxs G.Həsənovanın həyat yoldaşıdır.

Faktla bağlı, Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 679




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap