Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Qubada sel körpünü dağıtdı, uşaqlar məktəbə gedə bilmir

Tarix 17.05.17, 21:45

Font ölçüsü : - / +
bitmap-img6


Quba rayonunun Küsnət və Küsnətqazma kəndlərini birləşdirən yeganə piyada keçidi olan Qudyalçayın üzərindəki taxta körpünü sel dağıdıb. “Report” xəbər verir ki, mayın 11-də yağan güclü leysan yağışı nəticəsində yaranan sel kəndlər arasında gediş-gəlişi kəsib

Geniş turizm potensialı olan Qubanın Küsnət və Küsnətqazma kəndləri rayon mərkəzindən 15 km uzaqlıqda yerləşir. Uzun illərdir burada yaşayan əhali Qudyalçayın üzərindən keçməklə bağlı çətinlik yaşayır. Çayın üzərində bir neçə dəfə körpü düzəldilsə də, sel yuyub aparıb. Sonuncu belə hadisə isə mayın 11-də baş verib.

Ötən gün kənd sakinləri taxtaları bir-birinə bağlayaraq müvəqqəti keçid düzəltməyə cəhd ediblər. Lakin taxtalar sındığından kənd sakini Səhhət Abbasov çaya yıxılıb. Onu son anda seldən xilas ediblər.

Körpünün olmamasına görə əsas çətinliyi məktəblilər və müəllimlər yaşayır. Məktəb Küsnətqazma kəndində yerləşdiyindən Küsnət kəndində yaşayan şagird və müəllimlər artıq 6 gündür məktəbə gələ bilmir.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov bildirib ki, hazırda planda hər hansı körpünün inşası yoxdur: “Şagirdlərin və müəllimlərin Küpçal kənd tam orta məktəbinə yerləşdirilməsi məsələsi müzakirə edilir. Gələcəkdə yolun uzun olmasını nəzərə alınaraq şagird və müəllimlər üçün avtobus da ayrıla bilər. Bu məsələni Təhsil Nazirliyi həll etməlidir”.



Xəbərin oxunma sayı : 100




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap