“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənildi

Tarix 29.11.21, 18:12

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, R.Quliyevin səhhətində problem var və o, bu səbəbdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində saxlanılır.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət qaldırıb. O, R.Quliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılmasını xahiş edib.

Eyni zamanda, vəkillər cinayət işi üzrə istintaqda dindirilməyən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məhkəməyə şahid qismində dindirilməsini istəyiblər.

Vəsatətlər təmin edilməyib.

Məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Növbəti prosesi dekabrın 9-na təyin edilib.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.



Xəbərin oxunma sayı : 463




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap