“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rayonlarda daha ucuz istirahət üçün hansı işlər görülməlidir? - Açıqlama

Tarix 21.06.22, 13:50

Font ölçüsü : - / +
bitmap-img6


Ölkəmizdə pandemiyadan sonra turizmin canlanması prosesi gedir.

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib.

Onun sözlərinə görə, turizmin canlanmasına əsas səbəb pandemiyaya görə qoyulan qaydaların yumşaldılmasıdır. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də dirçəlməsinə təkan verib.

“Regionlarda fəaliyyət göstərən hotellərin qiyməti ötən ilə nisbətdə çox da dəyişməyib. Buna baxmayaraq, vətəndaşlarımızın bəziləri hotellərdə bahalıqdan gileylənirlər. Bəzi vətəndaşlar hesab edirlər ki, xaricdə istirahət etmək ölkədə istirahət etməkdən ucuz başa gəlir. Təəssüf ki, belə hallara rast gəlirik. Ancaq nəzərə almaq lazımdır ki, vətəndaşlarımız bölgələrdə istirahətə yollanarkən daha çox beşulduzlu hotellərə üstünlük verirlər. Belə hotellərin də hər şəraiti olmaqla yanaşı, öz satış siyasətləri var. Ölkəmizdə hotellərə alternativ yerləşmə vasitələri tikilməlidir. Bura qonaq evləri, kempinqlərin yaradılması, kiçik hotellərin tikilməsi kimi işlər daxildir. Bunların sayı artsa, qiymət seçimi geniş olacaq. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də dirçəlməsinə səbəb olub”, - S.Dübəndi qeyd edib.

S.Dübəndi deyib ki, ölkəmizdə yay turizmi gec başlanır.

“Yay turizminin tez başlanması üçün nəqliyyat məsələləri tənzimlənməli, xarici turistlərə vizaların verilməsi və yerləmə vasitələri ilə bağlı işlər tənzimlənməlidir. Əsas səbəblərdən biri də abituriyentlərdir. Belə ki, abituriyentlərin çoxunun ailəsi ali məktəblərə imtahan verən övladlarının nəticələrini gözləyir. Beləliklə yay istirahətinə tez başlamaq olmur”, - deyə o bildirib.



Xəbərin oxunma sayı : 739




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap