Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya Özbəkistanı da “rusdilli“ etmək istəyir - Kreml Daşkəndin daxili siyasətinə müdaxilə edir

Tarix 16.05.20, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Xarici İşlər Nazirliyi Özbəkistanda dövlət dili ilə bağlı qanun layihəsi ətrafında yaranmış mübahisələri şərh edib. Bu qanun layihəsi Özbəkistanda kargüzarlıqda özbək dilindən dövlət dili kimi istifadə etməyən vəzifəli şəxslərin və məmurların cəzalandırılmasını nəzərdə tutur.

Azadlıq Radiosunun məlumatına görə,  Rusiya XİN-in sözçüsü Marya Zaxarova bu qanun layihəsi ilə bağlı mövqeyini bildirib. 

O növbəti dəfə deyib ki, Özbəkistanda kargüzarlıqda dövlət dilindən istifadə tərəfdarlarının aşkar azlıqda olduqları görünür: "Biz bu qanun layihəsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən polemikaya fikir vermişik. Belə bir təəssürat yaranır ki, bu qanun layihəsinin tərəfdarları aşkar azlıqdadırlar. Şərhlərin çoxunda rus dilinin rəsmi istifadədə saxlanması dəstəklənir. Bu, tarixin, zamanın və ikitərəfli münasibətlərin ruhuna tam uyğundur. Ən əsası, bu, Özbəkistanın Rusiyada təhsil almaq və işləmək istəyən vətəndaşlarının mənafeyinə uyğundur”.

Rusiya XİN-in sözçüsü habelə Özbəkistanda Rus dilinin tədrisi proqramlarından söz açıb. Zaxarova deyib ki, bu proqramlara əsasən Özbəkistanda əlavə olaraq Rus dili mərkəzlərinin açılması, Özbəkistana rus dilində dərslik, metodik vəsait və bədii ədəbiyyat göndərilməsinin intensivləşdirilməsi nəzərdə tutulub.

Rusiya XİN-in sözçüsü deyib ki, Rusiya ali məktəblərində Özbəkistan abituriyentləri üçün “rus filologiyası” ixtisası üzrə pulsuz yerlərin artırılması planlaşdırılır.

Bundan əvvəl Özbəkistanın Ədliyyə Nazirliyi bir sıra Rusiya medialarının “təxribatçı təbliğat” xarakterli yazılarını pisləmişdi. Nazirlik bildirirdi ki, qanun layihəsindən məqsəd Özbək dilinin dövlət dili kimi mövqelərinin möhkıəmləndirilməsidir.

Ədliyyə Nazirliyinin tərtib etdiyi bu qanun layihəsi qəbul olunarsa, Özbəkistanda kargüzarlıqda Özbək dilindən istifadə etməyən vəzifəli şəxslər 446 min somdan 1.1 milyon somadək (44 dollardan-108 dollara) cərimə olunacaqlar. 

Açıq  görünür ki, imperiya siyasətini davam etdirən Rusiya keçmiş ittifaq respublikalarında öz dilində danışa bilməyən manqurtlar yetişdirmək siyasətini davam etdirir. Hansı ki, lazım gələndə onlardan öz məqsədləri üçün istifadə edir.  



Xəbərin oxunma sayı : 523




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap