Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya müxalifəti böyük mitinqə hazırlaşır –“Putinin təklifləri dövlət çevrilişidir”

Tarix 18.01.20, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


Moskva Şəhər Dumasının liberal deputatıYulia Galyamina moskvalıları yanvarın 19-da prezident Vladimir Putinin Konstitusiya islahatı təkliflərinə qarşı etiraz etməyə çağırıb.

Galyamina Rusiyanın VK sosial media platformasında yazıb ki, Putinin yanvarın 15-də irəli sürdüyü təkliflər “dövlət çevrilişi” kimi qiymətləndirilməlidir. O ictimaiyyəti 2009-cu ilin yanvarında qətlə yetirilmiş liberal vəkil Stanislav Markelovun və“Novaya Gazeta” qəzetinin müxbiri Anastasia Baburovanın xatirəsinə əvvəlcədən planlaşdırılmış ildönümü mərasiminə qatılmağa çağırıb.

Bu arada Moskva meriyası yanvarın 17-də müxalifətin 10 minlik mitinqinə icazə verib. Konstitusiya dəyişikliklərinə qarşı keçiriləcək bu mitinq fevralın 1-də, Saxarov prospektində yer alacaq. Bu mitinqin kim tərəfindən təşkil edildiyi bilinmir.

Müxalifət lideri Aleksey Navalnı “Twitter” postunda yazır ki, Rusiyanın hazırkı Konstitusiyası ikrah hissi doğurur.

Navalnı qeyd edir ki, bu Konstitusiyada hakimiyyətin qəsb edilməsi üçün mexanizm var və onu heç müdafiə etməyə dəyməz: “Bu Konstitusiyanın əsasında onlar seçkilərdən tutmuş pensiyalara qədər hər şeyi bizdən alıblar. Onlar hələ bundan da çoxunu istəyirlər”.

Özünün ənənəvi illik çıxışında Putin bir sıra Konstitusiya dəyişikliləri təklif edib. Müstəqil ekspertlər deyirlər ki, bu dəyişikliklərdən məqsəd Putini 2024-ci ildən sonra da hakimiyyətdə saxlamaqdır.

(azpolitika.info)



Xəbərin oxunma sayı : 640




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap