“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Rusiya XİN-dən ABŞ-yə nüvə hədəsi: “Dəfələrlə xəbərdarlıq edilib”

Tarix 06.05.24, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiya ABŞ tərəfindən Asiya-Sakit okean regionunda orta və qısamənzilli raketlərin yerləşdirilməsi məsələsini cavabsız qoymayacaq”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkov “RIA Novosti”yə müsahibəsində deyib.

Diplomat əmindir ki, ABŞ-nin planları həyata keçiriləcəyi təqdirdə, raket silahlanması ilə bağlı çoxtərəfli yarışa səbəb olacaq. Eyni zamanda, lazım gələrsə, Rusiya nüvə yayındırıcılığı sahəsində cavab tədbirləri görə bilər.

“ABŞ-nin planları həyata keçiriləcəyi təqdirdə, bu, raket silahlanması ilə bağlı çoxtərəfli və güclü silahlanma yarış dalğasına gətirib çıxaracaq. Biz öz tərəfimizdən təhlükəsizliyimizə yeni təhdidlərə cavab verməyə məcbur olacağıq və bunu təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik, o cümlədən, lazım gələrsə, nüvə yayındırıcılığı sahəsində”, - deyə Maşkov qeyd edib.
Səfir əlavə edib ki, Rusiya ərazisindəki kritik obyektlər ABŞ raketlərinin hücumuna məruz qala bilər. Söhbət, həmçinin nüvə qüvvələrinin komandanlıq məntəqələri və bazalarından gedir.

“Eyni zamanda, Rusiya tərəfi dəfələrlə xəbərdarlıq edib ki, əgər ABŞ raketləri Avropa və Asiya-Sakit Okean regionunda peyda olarsa, Rusiya orta və qısamənzilli raketlərinin yerləşdirilməsi moratoriumu üzrə öhdəliklərə bağlı qalmayacaq”, - deyə Qriqori Maşkov xatırladıb.



Xəbərin oxunma sayı : 595




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap