Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Rza İbadov Bakıya niyə qayıda bilmir? - SƏBƏB

Tarix 07.06.20, 14:19

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov Bakıya gələ bilmir.

AzFakt.com xəbər verir ki, bu barədə Modern.az-ın əməkdaşı ilə söhbət zamanı danışan Rza İbadov koronavirus pandemiyası səbəbindən gələ bilmədiyini söyləyib.

Həmçinin keçmiş deputat Azərbaycan vətəndaşlarına da səslənib:

“Xahiş edirəm, koronavirusun ciddi bir xəstəlik olduğunu qəbul edin. İngiltərədə 40 mindən çox insan ölüb. Təsəvvür edin, dünyanın ən inkişaf etmiş səhiyyə sistemlərindən biri (NHS) burada, İngiltərədədir. İyunun 5-də 1600-dən çox adam yoluxub, 357 insan həyatını itirib. Təbii ki, dünya insanları vaksinin tapılmasını səbirsizliklə gözləyir. Vaksinin ilin sonuna kimi hazırlanması ilə bağlı iddialar da var”.

Rza İbadov Londonda yaşasa da, Azərbaycanda baş verənləri izlədiyini də etiraf edib:

“2020-ci ildə Azərbaycanın həyatında ən əlamətdar hadisələrdən biri olan növbədənkənar parlament seçkiləri keçirildi. İlk dəfə olaraq Azərbaycan parlaemtində maraqlı hadisə baş verdi. Deputat Sahibə Qafarova sədr seçildi. Təbii ki, Azərbaycan parlamentində xanım sədrin seçilməsi çox mütərəqqi addımdır. Bu hər kəs tərəfindən bəyənilir. Eyni zamanda, Azərbaycanda xanım spikerin seçilməsi dünya ölkələrinin parlamentləri ilə daha yaxşı əməkdaşlığın qurulmasına, xoş məramın mövcudluğuna gətirib çıxaracaq”.

Eks deputat parlamentdə təmsil olunan gənclərdən gözləntilər barədə də söz açıb:

“6-cı çağırış Milli Məclisdə gənclər üstünlük təşkil edir. Bu çox yaxşı haldır. Gənclərin parlamentdə çoxluq təşkil etməsini alqışlayıram. Ancaq bir məsələ həmişə aktualdır. Onlardan hər bir azərbaycanlının gözləntiləri yüksəkdir. Hətta cənab prezident İlham Əliyev də parlamentin yeni tərkibi ilə görüşəndə bir məqamı xüsusi vurğulamışdı. Beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil etsinlər. Hesab edirəm ki, hər bir parlament üzvü istər Azərbaycanın daxili, istərsə də xarici siyasətində Dağlıq Qarabağ məsələsi ilə bağlı aktivlik nümayiş etdirməlidirlər. Hələ ki, COVİD-19 səbəbindən dünyada dövlətlərarası gediş-gəliş bağlıdır. Ümid edirəm ki, yaxın illərdə bu aktivliyin şahidi olacağıq”.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.



Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap