“Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO
Axtar
 
  • / Maqazin / — 31 İyul 2020

    “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli

  • / Maqazin / — 24 İyul 2020

    Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO

  • / Maqazin / — 23 İyul 2020

    Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar

  • / Maqazin / — 10 İyul 2020

    Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO

  • / Maqazin / — 30 İyun 2020

    “Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə

  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

Salyanda qəza yerindən qaçan sürücü tutuldu – Baş Prokurorluq açıqlama yaydı

Tarix 05.12.19, 18:25

Font ölçüsü : - / +
bitmap-img6


Salyanda avtomobillə qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, dekabrın 3-də, saat 19 radələrində Salyan rayonu ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada, 1987-ci il təvəllüdlü Sadiq Mustafayevi vuraraq ölümünə səbəb olması, daha sonra isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilən, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin 44-BL-045 dövlət qeydiyyat nişanlı “Daımler Crysler” markalı avtomobilin sürücüsü – 1959-cu il təvəllüdlü Muğbil Niftullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Niftullayev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 445

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda