“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Samuxda “Dayan” əmrinə tabe olmadılar, atəş açıldı - 1 əfqan, 3 pakistanlı saxlanılıb

Tarix 11.02.25, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Əfqanıstandan Azərbaycana işləməyə gələn şəxs qanunsuz yolla Gürcüstana keçib. Sonra geri qayıdaraq 3 pakistanlını 2500 
dollar qarşılığında Gürcüstana aparmaq istəyib. Bu zaman hərbçilərin xəbərdarlıq atəşi ilə saxlanılıblar.

AzFakt.com xəbər verir ki, 2001-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Balaqi Sukrullah 2018-ci ildə işləmək üçün Azərbaycana gəlib. Onun qardaşı da Bakıya gəlib və burada tikintilərdə çalışıblar.

İstintaqla müəyyən edilib ki, Balaqi Sukrullah daha əvvəl Azərbaycandan Gürcüstana qanunsuz yolla keçə bilib. 2024-cü ilin aprel ayında yenidən Azərbaycana qayıdıb. Məqsədi isə 3 pakistanlını 2500 dollar qarşılığında Gürcüstana keçirmək olub. Balaqi Sukrullaha bu işdə həmyerlisi, Gürcüstanda yaşayan Muhammad Qomini kömək edib, yol göstərib.

Sukrullah Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Samux rayonunun Kəsəmən kəndində yerləşən hissəsində Pakistan vətəndaşları ilə görüşüb. Oradan isə qanunsuz olaraq Gürcüstana keçmək istəyiblər. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları 4 nəfəri də sərhədin 160 metrlik məsafəsində saxlayıb.

Pakistan vətəndaşları Avropada işləmək üçün Gürcüstana getməyi planlaşdırıblar. Onlar Azərbaycana qanuni yolla gəlsələr də, qanunsuz yolla Gürcüstana getməyi düşünüblər. Çünki Gürcüstana getmək üçün viza ala bilməyiblər.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ifadəsindən məlum olub ki, təqsirləndirilən şəxslərə ilk dəfə “Dayan” əmri verilsə də, qaçmağa başlayıblar. Havaya bir dəfə xəbərdarlıq atəşi açılıb. Hərbi qulluqçular ikinci dəfə “Dayan” əmri verib. Lakin qaçaqlar yenə də dayanmayıb. İkinci xəbərdarlıq atəşindən sonra onlar təslim olublar.

Balaqi Sukrullah Cinayət Məcəlləsinin 318.1-ci (mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 29,318.2-ci (dövlət sərhəddini qanunsuz keçməyə cəhd etmə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilərək həbs edilib.

3 Pakistan vətəndaşına qarşı isə Cinayət Məcəlləsinin 29,318.2-ci (dövlət sərhədini qanunsuz keçməyə cəhd etmə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə Balaqi Sukrullah 2 il müddətinə azadlıqdan məhrum edilib. Cəzası başa çatdıqdan sonra ölkə sərhədindən məcburi şəkildə çıxarılacaq. Saxlanılan digər 3 Pakistan vətəndaşı isə məhkəmənin qərarı ilə deportasiya edilib.



Xəbərin oxunma sayı : 955




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap