Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Sosial şəbəkədə ən çox görüntüsü paylaşılan şəhid xanəndə - VİDEO

Tarix 19.11.20, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


AzTV Vətən müharibəsi ərəfəsində səsi ilə ən çox yadda qalan şəhid gizir Xudaverdi Yusifzadənin ailəsi ilə süjet hazırlayıb.

AzFakt.com xəbər verir ki, uşaq yaşlarından atasını itirən hərbçi nənəsinin himayəsində böyüyüb. Bərdə Musiqi məktəbinin xanəndəlik sinfini bitirib, amma hərbçi olmaq istəyib.

Şəhidin anası Radə Yusifzadə bildirib ki,oğlunun döyüşdə olmasını bilməyib:

"Hər dəfə zəng edəndə gülə-gülə, zarafatla danışırdı. Deyirdi ki, təlimdəyik, görüşəcəyik. Onun döyüşdə olduğunu bilməmişəm. Bir dəfə zəng vuranda güllə səsi eşitdim. Dedi ki, Zəngilan alınıb, uşaqlar atəşfəşanlıq edir. Onda hiss etdim ki, oğlum döyüşdədir, amma bildirmədim".

Xudaverdinin ən böyük arzusu "Şuşanın dağları" mahnısını Şuşada oxumaq olub. Qardaşı Məhəmməd Yusifzadə "Əsgər yoldaşları bizə gələndə danışırdılar ki, döyüşlərdə qəhrəmanlıq göstərib. Necə kəşfiyyat qrupu ilə irəliləyirmiş. Biz onda bildik ki, qardaşım döyüşürmüş" sözlərini söyləyib.

X.Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və dünyasını dəyişib.






Xəbərin oxunma sayı : 1528




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap