![]() |
|














Türkiyə uğrunda ABŞ-ÇİN savaşının 23 iyun raundu: “İpək Yolu“ üzərindəki Türkiyənin daxili siyasəti bu tarixdən sonra aydınlaşacaq
Tarix 23.05.19, 18:47 |
|

Ergün Diler
“Takvim”, Türkiyə, 21 may 2019-cu il
Bəzi ağıllı insanlar, ailələr və mərkəzlər var ki, dünyanın gedişatını dəyişdirmək istəyirlər. Onların da qarşılarında eynilə özləri kimi olanlar var. Biz bunu bilmirik. Qəzetlərdə, televiziyalarda görmürük. Lakin pulun da, silahın da sahibi onlardır.
Onlar dərinlərdədirlər. Həyatımız əyləncə və futbol xəbərləri arasında sıxışıb qalsa da, həqiqətləri bilmək istəyən çox önəmli bir kütlə də var. Və onlar həqiqətən nələrin baş verdiyini öyrənmək istəyirlər. Gəlin, bu gün həmin istəyi nəzərə alaq. Bu, Türkiyədə nə baş verdiyini, nə olacağını anlamaq üçün də doğru bir yoldur.
Son 17 ilə baxın. TBMM-in 01 mart 2003-cü il tarixli qərarından AKP-ni bağlama işinə, Abdulla Gülə qarşı verilən bəyanatdan “Ergenekon” və “Balyoz” işi kimi sarsıntılara, 17-25 dekabr 2013-cü il hadisələrindən 15 iyul 2016- cı il uğursuz çevriliş cəhdinə qədər baş verən bütün hadisələrə baxın. Bütün bunlar Türkiyəyə yerini göstərmək üçün idi. Bu məsələni bir az açaq.
Men Hunvey (Meng Hongwei) haqqında neçə dəfə yazdım. O, 2016-cı ilin noyabr ayında “İnterpol”un rəhbəri oldu. Vəzifə müddəti 2020-ci ilədək davam etməli idi. Fransadan Çinə səyahət etdi. Ondan bir həftə ərzində xəbər alına bilmədi. Sonra Çin belə bir açıqlama verdi: “Rüşvət aldığına və qanunları pozduğuna görə həbs edilib”.
Onun 40 illik iş təcrübəsi vardı. Narkotiklərlə və terrorla mübarizə sahəsində mütəxəssis idi. Neytrallaşdırıldı. Həyat yoldaşı da Fransadan sığınacaq istədi.
Bu hadisədən qısa bir müddət sonra daha böyük həmlə gəldi. ABŞ Prezidenti Donald Trampla Çin Prezidenti Si Cinpinq Argentinada keçirilən G20 sammitində bir araya gələn zaman Kanada polisi də “Huawei”nin idarə heyəti sədrinin müavini və maliyyə direktoru Men Vançjounu (Meng Wanzhou) saxlayırdı. MKİ hərəkətə keçmişdi, Kanadada əməliyyat keçirirdi.
Yaxşı, bəs Men Vançjou kimdir? O, həmin şirkətin qurucusu olan Ren Çjenfeyin (Ren Zhengfei) qızıdır. Ren Çjenfey də Çin ordusunda xidmət etmiş keçmiş bir hərbçi və mühəndisdir.
Renin qızı olan Men, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham edildi. Lakin Çində hər bir adam Menin girov götürüldüyünü bilirdi.
Şiddətli mübarizənin getdiyi bir vaxtda Ağ Evdən ayrılan Stiv Bennon (Steve Bannon) hərəkətə keçir və Çinin “qara qutu”su kimi tanınan iş adamını qaçırır, Nyu Yorka gətirərək “Central Park”ın qarşısndakı saray kimi oteldə rahatlığını təmin edir və Çin haqqında öyrənilməli olan hər şeyi ondan öyrənirdi. Beləliklə, Çinlə necə mübarizə aparılacağı ilə bağlı məsələdə önəmli məsafə qət edilirdi. Bu adam, yəni ABŞ-la birgə hərəkət edən şəxs məhz Qo Venquy (Guo Wengui) idi.
Qısaca xülasə etməyə çalışdığım bütün bu hadisələrin arxa planında ABŞ-Çin savaşı dayanır.
Prezident Tramp daha bir həmlə etdi. Təzyiqə məruz qalan “Google”, “Huawei”nin yeni model telefonlarında Android əməliyyat sisteminin yenilənməyəcəyini elan etdi. Bu, “Huawei”nin zibilə çevriləcəyinin işarəti idi. Böyüməsi üçün böyük həmlələr edilən “Huawei” böyük sarsıntı yaşayırdı. 5G texnologiyası ilə hər yerdən informasiyanı alıb Çinə daşıyacağı söylənilən “Huawei” zərbə alırdı. Həm də böyük zərbə…
İndi Avropa da “Huawei”dən qaçacaq və bazarı tükənəcəkdi. Məlumdur ki, iki nəhəng arasında anlaşma və yaxınlaşma olmayınca, öldürücü zərbə “Google”dan gəlmişdi.
Xatırlayırsınızsa, Türkiyə Çindən Hava Hücumundan Müdafiə (HHM) sistemi alacaqdı. HHM sistemi birlikdə istehsal ediləcəkdi. İzin verilmədi. Kobanidə hadisələr başladı. 50 vətəndaşımız həyatını itirdi. Bu layihədən vaz keçildi.
O tarixdən sonra ABŞ-la münasibətlərdə yaşanan qopma daha da dərinlərə endi. Ankara haqlı olaraq Rusiya-İran xəttində yer tutdu, mövqe seçdi. Bu yaxınlaşma nəticəsində HHM sistemindəki açığını qapatmaq istədi. Çünki buna ehtiyacı vardı. S-400-lərin satın alınması belə gündəliyə gəldi. Bazarlıqlar bitdi. Anlaşma əldə edildi. Təslimat üçün geri sayma başladı.
Türkiyə S-400-ü kimə qarşı alırdı? Bölgəyə baxın. Kimin üçün idi? NATO üçün… İrəlidə gələ biləcək təhlükənin üzərində NATO-nun ünvanı vardı. Türkiyə 15 iyulda edilən çevriliş cəhdindən sonra NATO-dan çıxır, qaçır və Avrasiyaya yerləşirdi. Daxildəki NATO tərəfdarları da neytrallaşdırılırdı. Ankara yolunu cızarkən kimlərlə birgə yürüyəcəyinə qərar verirdi.
Bizdə heç söhbəti edilməsə də, Rusiya “arxa qapı”dan ABŞ-la görüşürdü. Doğrusu, Kissincer artıq hərəkətə keçmişdi. Putin onun sözünü yerə salmazdı. ABŞ sanki düşmənçiliklər vasitəsilə, yəni həm Rusiya, həm də Türkiyə ilə toqquşaraq qarşıda bir tərəf meydana gətirirdi. Ancaq digər tərəfdən, Rusiyanın Çin qorxusunu da bilir və onu qaşıyırdı. Moskva da heç bir zaman Çinə 100% güvənərək qapılarını ona açmırdı. Beləliklə, ABŞ-ın toqquşduğu iki ölkə – Rusiya və Türkiyə “İpək yolu” üzərində təbii əngələ və ya nəzarət-buraxılış məntəqəsinə çevrilirdi. Çin də bunu görürdü.
Bəlkə, Rusiya “arxa qapı”dan ABŞ-la görüşməsinin faydası olaraq Aralıq dənizinə enirdi, aldığı mükafat bu idi? Məlum deyil.
Sizə kobudcasına çatdırdığım dünyada gedən bu mübarizənin, əlbəttə, Türkiyə içində də uzantısı vardı. Siyasət nə üçün işlənib hazırlanırdı ki? Türkiyənin dünyadakı mövqeyini, ittifaqlarını və gələcəyini müəyyən etmək üçün.
Abdulla Gül prezident olduqdan sonra Çinə getdi. Türkiyə-Çin qardaşlığından söz etdi. ABŞ hərəkətə keçdi və Urumçi (Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı – tərc. ) qarışdı. Türklər öldürüldü. MKİ, “Türkiyə və Çin qardaş ola bilməz. Ancaq rəqib ola bilər” deyirdi.
ABŞ-la İngiltərə arasında artaraq böyüyən qlobal sərmayə Çini böyüdürdü. Və ABŞ-ın qarşısına dikirdi. Mübarizənin də, savaşın da səbəbi bu idi. Baş verən bütün digər sancılar bu böyük mübarizədən doğurdu. Həm ABŞ, həm də İngiltərə daxilində Çinin böyük olmasını istəyən güclü mərkəzlər vardır. Bunu həyata keçirmək üçün onların pulları da, ağılları da vardır.
Türkiyə 15 iyuldan sonra qəti olaraq Avrasiya xəttinə oturdu. Burada nə qədər qalacağını bilmirəm. Ancaq daxildə bu xəttə qarşı etiraz edən çox adam olacaq. Doğrusu, vardır. Abdulla Gül və Əhməd Davudoğlunun bu xəttə isti baxacağını düşünmürəm. CHP-nin də…
Rus təyyarəsi vurularkən Əhməd Davudoğlu “Əmri mən verdim” demişdi. AKP-də Gül və Davudoğlu kimi düşünənlər də çoxdur. Ancaq Prezident Ərdoğan və Dövlət Baxçalı kimi düşünən CHP-lilər də vardır. Bu bölünmə ölkənin bir çox qurumunda yaşanırdı. Önəmli olan hərbçilər idi. Hərbçilər diqqəti Avrasiyaya vermişdi. Ancaq investorlar bunu istəmirdi. Həm də heç istəmirdi. Bu səbəblə, İstanbul seçkiləri, əsla və qəti olaraq, sadəcə İstanbul seçkiləri deyildi. Ola bilməzdi də.
Bu mübarizənin getdiyini bildikdən sonra, 23 iyunadək önəmli hadisələrin baş verəcəyini anlamaq üçün kahin olmağa ehtiyac varmı? Əlbəttə, yoxdur. Türkiyədə daxili siyasət aydınlaşacaqdır. Tərəflər çox aydın şəkildə ortaya çıxacaqdır. Çini nəzarət altına almaq, qarşısını almaq və ya durdurmaq istəyənlərlə yolunu açmaq istəyənlər siyasi baxımdan qarşı-qarşıya gələcəklər.
Londonla Pekin arasındakı xətt ABŞ-a qarşıdır. ABŞ-da da bu xəttə qarşı olanlar vardır. Bu iki gücün, iki cərəyanın buradakı əks olunmaları yaxında görünəcəkdir. Heç bir əlaqəsinin olmadığı kimi görünsə də, “Başakşehir”ə mənfi reaksiya vermək, “Qalatasaray”ın çempion olmasını istəmək Qərb-NATO-ABŞ ittifaqını seçməkdir. Stadionları dolduranlar bunu bilməz. Amma belədir. Dərində bu vardır. Hər yerdə bu bölünmə və toqquşma halı vardır. Hər yerdə. Bir yerdə duraq, etirazım yoxdur. Ancaq nə üçün durduğumuzu bilək. Onu da bilək ki, Ankara Avrasiya marşrutundadır. Bu səbəblə, qarşısına çıxanlarla mübarizə edəcəkdir. Bunun bilinməsində fayda vardır.
Qeyd: İrana müdaxilə gözləndiyi halda, İraq da hədəfə alınıb…
Tərcümə Strateq.az-ındır
Xəbərin oxunma sayı : 256
Analiz
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV