![]() |
|














Türkiyədə YSK-nın təkar seçki qərarı suallar doğurub:“Eyni qurum 16 gün öncəki qərarını İstanbulla bağlı niyə tərsinə çevirib?“
Tarix 07.05.19, 23:47 |
|

Muharrem Sarıkaya
“Habertürk”, Türkiyə, 07 may 2019-cu il
Yüksək Seçim Kurulunun (YSK) dünən verdiyi qərar həm siyasi, həm də hüquqi baxımdan uzun illər ərzində mübahisə yaradacaq xarakterdədir.
İllərdir Ankarada seçki izləyib, qanunların çıxarılmasına şahidlik edib, YSK qərarlarını sətir-sətir oxumuş biri olaraq deyirəm ki, ağlım çaşıb. Buna səbəb də İstanbul Böyük şəhər bələdiyyə sədri seçkilərilə əlaqədar alınan qərarın həmən onun ardınca alınan Maltəpə və Böyükçəkməcə rayon bələdiyyə sədrlərilə bağlı qərarlarla ziddiyyət təşkil etməsidir.
Buna YSK-nın eyni üzvlərlə ötən həftə Bursa vilayətinin Mustafakamalpaşa şəhəri üçün verdiyi qərar da əlavə edildikdə, işlər daha da qarışır. Çünki YSK-nın 7-yə qarşı 4 səslə aldığı qərar öncəki və sonrakı qərarları ilə ziddiyyət təşkil edir.
Bəs nə oldu?
Bu cümlə belə durumu xülasə etməyə yetər: Deyirdiniz, 2 mart son tarixdir, bəs nə oldu?
Sıra ilə gedək.
Öncəliklə qeyd edək ki, YSK sədri Sadi Güven də daxil olmaqla, 4 nəfərin əleyhinə səs verdiyi İstanbul qərarı eyni qurumun 16 gün öncə verdiyi qərarla ziddiyyət təşkil edir.
Buradan hərəkət edərək, bir sıra sualların cavabını YSK-nın əsaslandırılmış qərarında tapmaq lazımdır.
20 aprel 2019-cu ildə YSK, Mustafakamalpaşa şəhərindəki seçki komissiyalarının bələdiyyə işçilərindən təşkil olunması və bunun tam qanunsuzluq olması əsas gətirilərək verilən şikayəti iclasda iştirak edən 10 üzvünün səsilə rədd etdi. Verilən qərarda göstərilir: “Seçki komissiyaları ilə əlaqədar etirazların YSK-nın 13.12.2018-ci il tarixli 2018/1105 saylı qərarı ilə qəbul edilən seçki təqviminə əsasən 02 mart 2019-cu il tarixdə qəti qərara bağlanması səbəbilə, tam qanunsuzluq iddiası ilə bağlı tələb rədd edilsin”.
Yəni, qərarda deyilir ki, bir nöqsan var idisə, 02 mart 2019-cu il tarixədək etiraz etməliydin. Bunu etmədiyinə görə, müraciətin rədd edilir.
YSK belə qərarı bundan öncə də, 2014-cü ilin ümumi və yerli, 2015 və 2018-ci illərin ümumi seçkilərində də verib. Və təqvimə uyğun olaraq edilməyən bütün müraciətləri rədd edib.
İstanbulda keçərli deyil
İndi deyiləcək ki, “Qanun 2018-ci ildə dəyişib, (seçki komissiyalarının üzvlərinin – tərc.) dövlət məmuru olma şərti gətirilib”.
Amma unudulmasın ki, “Seçkilərin təməl müddəaları haqqında” 298 saylı qanunun 22 və 23-cü maddələrinin davamı eynilə oluduğu kimi qalıb və seçki komissiyalarının (bu qayda ilə – tərc.) tam təşkil edilə bilmədiyi halda, bu işin seçki komissiyalarında vəzifə tutmasında problem olmayan şəxslərlə tamamlanmasına hökm edilib.
Bunu bir kənara qoysaq belə, eyni qurum 16 gün öncə verdiyi qərarını İstanbulla bağlı olaraq tərsinə çevirib.
YSK-nın 7 üzvü seçki komissiyalarına 02 mart 2019-cu ilədək müraciət edilməsinin lazım olması ilə bağlı qurumun verdiyi qərarı tanımayıb və “Bir sıra seçki komissiyalarının rayon seçki komissiyaları tərəfindən qanuna zidd qaydada formalaşdırılması və bu xüsusun seçki nəticələrinə təsir etməsi səbəbilə, 31 mart 2019-cu il tarixdə keçirilən İstanbul Böyük şəhər bələdiyyə sədri seçkilərinin ləğvinə və yenidən keçirilməsinə” qərar veribi.
Burada diqqəti cəlb edən “seçki nəticələrinə təsir etməsi səbəbilə” ifadəsidir. Yəni, YSK seçki komissiyalarının formalaşdırılmasının seçkinin nəticələrinə təsir etdiyinə hökm etmişdir.
İki rayondakı ziddiyyət
Ancaq eyni qurum bu qərarın ardınca AKP və MHP-nin Maltəpə və Böyükçəkməcə ilə əlaqədar eyni yöndə olan etirazını rədd edib.
İndi sual yaranır: əgər 2 martadək müraciət etmək lazım idisə, o zaman nə üçün eyni qayda İstanbulla bağlı keçərli olmadı?
Və ya seçki komissiyalarının təşkilində yol verilən nöqsanlar İstanbul Böyük şəhər bələdiyyəsi kimi daha çox səs tələb edən səsvermənin nəticəsinə “təsir” edirsə, nə üçün iki rayonun daha az səs tələb edən səsverməsinin nəticələrnə təsir etmir?
YSK-nın 7 üzvü qanuna zidd seçki komissiyaları təşkil edən rayon seçki komissiyası sədr və üzvlərilə seçki müdirləri haqqında da cinayət iddiası qaldırdığı halda, necə olur ki, bir sonrakı qərarında bunu görməzdən gəlir?
YSK-nın aralıq qərarında bu suallara cavab tapmaq mümkün olmayıb.
Lakin qurumun yekun qərarında bütün bu sualların cavablarının xalqa yaxşı anladılması lazımdır.
YSK-nın qərarı imza edən 7 üzvünün “Qərarımı verərəm, yuxarı etiraz instansiyası olmadığına görə geri çəkilərəm, kim nə edirsə etsin” demək haqqı da yoxdur.
Çünki verdikləri əsaslandırılmış qərarın əleyhinə səs verən YSK sədri Sadi Güven, qurum üzvləri Kürşat Hamurcu, Yunus Aykın və Cengiz Topaktaşın etirazlarına da cavab vermələri lazımdır ki, xalqın vicdanında bu qərarın legitimliyi qəbul edilsin. Və “Aldıqları qərarda haqlı imişlər” deyilməsi təmin edilsin.
Əks halda, sadəcə yuxarıda sadaladığım üç nümunə belə bu qərarın ziddiyyətli olduğunu göstərməyə yetər.
Tapılacaq seçki komissya üzvləri
Ayrıca, qərarın səsvermənin nəticəsinə təsir edərək İmamoğlu ilə Yıldırım arasındakı 13 729 səs fərqini qapadaraq, ikincini önə keçirəcək xarakterdə olmadığı da anlaşılır. Qərar seçki komissiyalarının qanuna zidd qaydada formalaşdırılması səbəbilə, seçkilərin ləğv edilməsinə hökm edir.
Unudulmamalıdır ki, eyni seçki komissiyaları bundan öncəki bir neçə seçkidə də eyni yerlərdə vəzifə yerinə yetirib.
Kayseri, Samsun, Ordu, Trabzon, Balıkesir və Manisa da daxil olmaqla, hər məntəqədə bənzər komissiyalar yaradılıb.
Vəzifə alanların çoxu da banklarda işləyən şəxslər idi.
YSK dünən verdiyi qərarla onların hamısı haqqında cinayət iddiası irəli sürmüş olub.
Baxaq, görək, 23 iyunda yenidən keçiriləcək seçkilərdə kimlər seçki komissiyası sədri olacaq?
Və ya yetərli sayda komissiya üzvü tapılmasa, YSK nə edəcək?
Tərcümə Strateq.az-ındır
Xəbərin oxunma sayı : 442
Analiz
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV