![]() |
|














Türkiyənin 23 iyun imtahanı:Ərdoğanı Putindən ayırmaq üçün xaos ssenarisi işə salınır
Tarix 13.05.19, 13:38 |
|

Həm dünyada, həm də Türkiyədə önəmli hadisələr baş verməkdədir. Lakin 31 martda İstanbulda keçirilən seçkilərin nəticələri ləğv edildiyi üçün içindən çıxa bilmirik. Hadisələrə İstanbuldan baxaraq irəliləməyə məcburuq. 23 iyun bizim üçün nə qədər önəmlidirsə, artıq Türkiyə ilə birlikdə irəliləmək istəyən böyük oyunçular üçün də o qədər önəmlidir.
23 iyuna gəlmədən öncə, ssenariyə bütöv baxmaqda fayda vardır.
AKP iqtidara gəldi, ABŞ hərbçilərinin Türkiyəyə gəlməsinə TBMM-in razılıq verməməsilə bağlı yaranan böhranı (TBMM-in 01 mart 2003-ci il qərarı – tərc.) qucağında gördü. Buş və komandası ilə qarşı-qarşıya gəldi. Çünki TBMM-dən “xeyr” qərarı çıxdı. ABŞ İraqa bizsiz girdi. Hərbçilərimizin başına çuval keçirərək şərəfimizə toxundu. Sonra da qərara “xeyr” deyənlərin qapısına dayandı.
Abdulla Gül, “Sözdə deyil, özdə prezident” olmalıdır deyərək etiraz edənlər tərəfindən durudurulmaq istəndi.
Dəniz Baykal kaset rüsvayçılığı ilə yola salındı.
MHP də kaset hücumu ilə sarsıdıldı. Önəmli şəxslər budandı. Dövlət bəy son anda toparladı.
TBMM-in “xeyr” qərarı ilə başlayan külək partiyabağlama işi ilə davam etdi. AKP bu işdən tək bir səslə qurtuldu. Partiya bağlansaydı, Ərdoğan siyasi baxımdan əriyib gedəcəkdi. Tək bir səs köməyə gəldi. Ərdoğan qaldı. Və hücumlara müqavimət göstərməyə davam etdi. Çünki arası kəsilmədi. İş yerinə, evinə, çox güman ki, maşınlarına dinləmə cihazları qoyuldu. Həm özünün, həm də yaxınlarının evləri və iş yerləri mobil dinləmə vasitələrilə mühasirəyə alındı. Xüsusi bir sahə heç qalmamışdı. Onlarla məhkəmə işi dalbadal gəlirdi. Ölkə yaddaşını qazırdı. Ordu, iş adamları, bürokratlar, idman icması dinləmələrlə sarsılırdı. İcra hakimiyyətinin başçısı olan Ərdoğan bütün bunların baş verdiyi, ətrafının mühasirəyə alındığı, hər şeyin qeydə alındığı bir vaxtda özünü qorumaqda çətinlik çəkirdi. Oyun içində oyun vardı, lakin görən yox idi.
Türkiyəni dərindən sarsıdan məhkəmə işləri yetməzmiş kimi, bir də “Gezi parkı” hadisələri başladı. Nə yaxşı ki, polis Dolmabaxça sarayına doğru yönələn bir qrupun qarşısında qapıda divar oldu. Qaldırıcı kranla, ekskavatorla gələn insanları içəri buraxmadı, dirəndi. Sivil çevrilişin qarşısı alındı. Əgər içəri girə bilsəydilər, Ərdoğanın iş yerinə ilk dalan “CNN İnternational” və indi onunla birlikdə Türkiyədə ortaq “YouTube” kanalı açan dostları olacaqdı.
“Gezi parkı” oyunu baş tutmayınca, 17-25 dekabr əməliyyatı (17 dekabr 2013-cü ildə İstanbul Cümhuriyyət Baş Prokurorluğunun açdığı 3 cinayət işi – tərc.) ilə gəldilər. Bu dəfə Nazirlər Kabineti hədəf alındı. Nazirləri saxladılar. Ankaranı rəsmən sarsıtdılar. Uçurumun kənarından dönüldü. Ərdoğan həm ailəsini, həm də özünü savaşaraq qurtara bildi. Həm siyasi baxımdan, həm də media tərəfindən mühasirəyə alınmışdı. O, mühasirəni yarıb çıxdı.
Təbii, bu arada indi unudulmağa başlayan digər önəmli hadislər də yaşanırdı. Emre Taner, Hakan Fidan və Afet Güneşi saxlamaq istəyirdilər. Oslo danışıqlarının qeydləri mətbuata sızdırılırdı. ABŞ-ın Ankaradakı səfiri topladığı digər səfirlərə “Bir imperiyanın çöküşünü izləyəcəksiniz” deyirdi. Rusiyanın Ankaradakı səfiri Karlov öldürülür, rus döyüş təyyarələri tərəfimizdən vurulurdu.
İstanbul hava limanına hücum edilir, 45 dəqiqə ərzində insanlar qətl edilirdi. “Reina”ya avtomatik silahla girən təlim görmüş hərbçi ortalığı qan gölünə, İstanbulu qorxunun hakim olduğu bir şəhərə çevirirdi.
Polislərimiz hədəf alınır, bir-birinin ardınca canlı bombalar partladılırdı.
Bunlarla bərabər, daha bir neçə hadisə Türkiyəni 15 iyula (15 iyul 2016-cı ildə baş verən uğursuz dövlət çevrilişi cəhdi – tərc.) doğru aparırdı.
Yaxın keçmişə baxılarsa, dünyada Türkiyə qədər gərginliyi artan, uçurumun kənarına gəlib-gedən ikinci bir ölkə yoxdur. Üstəlik, onunla məğul olan yalnız ABŞ da deyil. Bütün kəşfiyyat mərkəzləri buralardadır. Hamısı Türkiyənin üstünə düşüb.
Türkiyə belə bir iqlimdə 31 mart seçkilərinə girdi. Böyük şəhərlərin bir qismi CHP-yə meyl etdi. Ancaq gərginlik yenə azalmadı. Çünki ötən yaydan bu yana heç kimin bilmədiyi bir “dollar hücumu” vardı. Bu qədər təhlükəni dəf edən Ərdoğan yenə ailəsilə birlikdə hədəf idi. Bu dəfə işin içinə pul girmişdi. Daha öncə olmayan pul baş rolu oynayırdı. Bu burulğan hələ davam edəcək. 23 iyundan sonra da, kim qazanırsa qazansın, davam edəcək.
Çox soruşulduğu üçün ağlıma gələn ssenariləri paylaşım. Baxaq, görək həyat bizə hansını göstərəcək.
Əgər 23 iyunda İstanbulda keçiriləcək seçkini CHP-nin namizədi Əkrəm İmamoğlu qazanarsa, iqtisadi təzyiq artacaq və müxtəlif yollarla erkən prezident seçkilərinin keçirilməsi tələb olunacaq.
AKP-nin namizədi Binəli Yıldırım qazanarsa, “Təkrar seçki keçirilməsinə lazımi reaksiya vermədiyi üçün” CHP qarışacaq. Boykot qərarı verə bilmədiyi üçün Qılıcdaroğlu ittiham ediləcək. İmamoğlu partiyanın sədri olacaq.
İmamoğlunun seçkini udduğu halda, AKP-dən çıxıb onunla yollarını ayıranlar aydın şəkildə səhnəyə çıxacaq və Ərdoğanın qarşısına dikiləcəklər. Nəzərdə tutulan erkən seçkilərdə Ərdoğanın ortadan qaldırılmasına start veriləcək.
Əks halda, yəni İmamoğlunun uduzması halında, hazırlıqları görülən küçə nümayişləri başlayacaq. Bu dəfə YSK (Ali Seçki Komissiyası) dövrədən kənarda qalacaq. Kimsə ora baxıb bir nəticə tələb etməyəcək. Məhz o dövrdə iqtisadi əməliyyatlar, ehtimal ki, canlanacaq. 2002-ci ildəki şərtləri formalaşdırmağa çalışanlar pul vasitəsilə xaos yaratmaq istəyəcəklər.
Binəli Yıldırımın qazanması halında, xarici mətbuat seçkini şübhə altına alan yazılar verməyə başlayacaq. Ölkədaxili ziddiyyətlər qızışdırılacaq. Ərdoğana heç zaman olmadığı qədər hücum ediləcək. Beştəpəyə qarşı qurulan koalisiya həm Ərdoğandan partiyanı almaq, həm də onu prezidentlikdən uzaqlaşdırmaq üçün dalbadal həmlələr edəcək. Ərdoğan gücünü itirərsə, zəifləyərsə, partiya açılan işlərlə sarsılacaq.
İmamoğlu qalib gələ bilməzsə, Kamal bəyin sədrliyə gəlməsinə səbəb olan kaset rüsvayçılığına qədər uzanan mübahisələr CHP-ni qovuracaq.
Binəli Yıldırım seçkidən zəfərlə çıxa bilməzsə, AKP daxilindəki müxalifət günahkar olaraq MHP-ni göstərəcək. İttifaq pozulacaq. Zəufləmiş görünən AKP yalnız qalacaq.
Əgər Binəli Yıldırım seçkidə böyük fərqlə qalib gələrsə, AKP və Ərdoğan özlərinin inandıqları Türkiyəni 2023-cü ilədək aparacaq.
Göründüyü kimi, 23 iyun seçkisi, əslində, İstanbulun deyil, Türkiyənin seçkisi olacaq. Ölkənin gedəcəyi yön seçki qutusundan çıxan qərarla dəqiqləşəcək.
Qutudan Binəli bəy çıxa bilməzsə, Ərdoğan indiyədək məruz qaldığı hücumlardan daha güclüsü ilə üzbəüz qalacaq.
Çıxarsa, CHP-ni qovuran bir rüzgar əsəcək. Müxalifət neytrallaşdırılacaq.
Seçki qutusundan çıxacaq nəticə ya Türkiyənin ABŞ-NATO-Qərb xəttində olduğunu, ya da yola Rusiya ilə davam etdiyini göstərəcək. Bu dəqiqləşmədən sonra ayaqda qalan tərəf digər tərəfi, siyasi baxımdan təkrar canlanmasın deyə, budayacaq.
Türkiyə öz mövqeyini müəyyən edən kimi, dünya da ona görə şəkillənəcək. “İpək yolu” da, Aralıq dənizi də, Orta Şərq də fərqli olacaq.
Öncə 23 iyunu və sonrasını yaşayaq. Baxaq, görək nələr olacaq. Ya Ərdoğan bu qədər hücumdan sonra yenə zəfərlə çıxaraq tarix yazacaq, ya da daxili və xarici qüvvələrin koalisiyası qarşısında geri addım atacaq.
Bir sözlə, Ankaranın yön seçimi dünyanın dönüş ritmi olacaq. Bu yay çox isti keçəcək.
Ergün Diler
“Takvim”, Türkiyə, 11 may 2019-cu il
Tərcümə Strateq.az-ındır
Xəbərin oxunma sayı : 415
Analiz
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV